Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Maşın bazarı”na yeni düzən gəlir

2019-cu ilin yanvar-fevral ayında Azərbaycana idxal olunan avtomobillərin sayı 5169 olub

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 37-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4707-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 397-si yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 28-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Bu isə 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3104 ədəd çoxdur.Qeyd edək ki, ötən ilin analoji dövründə Azərbaycana idxal olunan avtomobillərin sayı 2065 ədəd olub.

Xatırladaq ki, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum hər kubsantimetrinə görə 0,70 dollar, istismar olunmuş avtomobillər üçün isə 1,2 dollardır. Bundan öncə isə bu rüsumlar müvafiq olaraq 0,40 və 0,70 dollar idi.

Bundan əlavə, 2019-cu ildən Azərbaycana gətirilən minik avtomobillərinə mühərrikindən asılı olaraq tətbiq edilən aksiz dərəcələri artırılır. Vergilər Məcəlləsinə edilmiş və 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, bu ildən ölkəyə idxal olunan avtomobillərin mühərrik həcmindən asılı olaraq, hər kubsantimetr üçün aksiz vergisi artırılıb. Mühərrikinin həcmi 2 litrə kimi olan qənaətcil avtomobillərdə hər kubsantimetrə görə artım 20 qəpikdən 30 qəpiyə, mühərrikinin həcmi 5 litr və ondan artıq olanlar üçün hər kubsantimetrə görə aksiz vergisi 40 manatdan 70 manata artırılıb.

Müstəqil ekspertlər hesab edirdi ki, bu qərar ölkəyə avtomobil idxalının həcminin azalmasına ciddi təsir göstərəcək.Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması isə ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur.Bu baxımdan idxalın aşağı düşəcəyi proqnozlaşdırılırdı.Amma verilən statistik məlumatlar proqnozların əksini sübut edir.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, təhlilçilərin bu sahədəki araşdırmaları mono səviyyədə aparılıb:

“Problem ondadır ki, müstəqil ekspertlər tədqiqatlarını çox dar çərçivədə aparır. Ümumiyyətlə, istənilən proqnozu vermək üçün hər hansısa məsələni, problemi makroiqtisadi səviyyədə müəyyənləşdirmək lazımdır.Düşünülür ki, əgər idxal gömrük rüsumu artırılırsa, mütləq ölkəyə gətirilən avtomobillərin idxalı azalacaq.Bu, çox sadə düsturdur.Amma nəzərə alınmır ki, hansısa başqa bir sahədə canlanma baş verə bilər və yaxud biznes mühiti yarana bilər və s. Ötən ildən bir təhlil aparsaq görərik ki, Azərbaycanda taksi xidməti ilə məşğul olan şirkətlərin sayı ən azı 20-30 dəfə artıb. Bu da əlavə iş yeri deməkdir.

Bu gün bazarda orta həcmli və mühərriki ekonom kateqoriyalı avtomobillərin satışına ehtiyac yaranıb.Biznes mühitinin formalaşması nəticəsində proqnoz özünü doğrultmadı.Baxmayaraq ki, avtomobillərin gömrük idxalı və qeydiyyata alınması rüsumları artırıldı, amma biznes mühitində canlanma bu sahədə inkişafa yol açıb.Qiymətin yüksək olmasına baxmayaraq, bu sahədə daim canlanma və tələbat var”.

pia.az


Etiket: Maşın bazarı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar