Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masazırda deputatın müavinini döydülər - Foto

Abşeron Rayon Masazır Bələdiyyəsindən şikayət daxil olub. Belə ki, torpaq rüsumu ödəmiş kənd sakininə ödəniş etdiyi haqda arayış vermək üçün bələdiyyə işçisi Səma adlı qadın əlavə 60 manat tələb edib.

Vətəndaş T. Əhmədov isə dövlət rüsumunu ödədiyini və sədrlə görüşmək istədiyini bildirib. Deyiblər ki, sədr yerində olmur və vətəndaşları qəbul etmir. Belə olduqda vətəndaş bələdiyyə sədrinin telefon nömrəsini istəyib, ondan da imtina ediblər ki, verə bilmərik, özü bunu bizə yasaqlayıb. Vətəndaş sabahısı, yəni 25.09.2020 ci il tarixdə səhər saatlarında Bələdiyyəyə gedərək arayışı almaq istədikdə yenə də sədr yerində olmayıb. Vətəndaş telefon nömrəsi istədikdə bələdiyyə üzvləri ona sabah gəlməsini deyiblər. Vətəndaş onu niyə süründürdüklərini qeyd etdikdə 60 manat şirinlik vermədiyini əsas gətirərək onu təhqir edib binadan qovmağa cəhd ediblər. Vətəndaş sədri gözləyəcəyini və ona şikayət edəcəyini bildirdikdə bələdiyyə üzvləri ona hücum edərək döyüb burnunu sındırıb, bir neçə yerindən müxtəlif növ xəsarətlər yetirib ölümlə hədələyiblər. Vətəndaşın halı pisləşdiyindən ona heç təcili yardım da çağırmayıblar. Bələdiyyədə olan digər tanımadığı bir sakin onu öz maşını ilə Abşeron Rayon təcili tibbi yardım stansiyasına çatdıraraq ilkin tibbi yardım edilməsinə kömək edib. Hazırda işə Abşeron Rayon polisi qarışıb, ilkin tibbi məhkəmə ekspertizası təyin edilib. Qeyd edək ki, Masazır Bələdiyyəsinin üzvlərinın əksəriyyəti Abşeronun məmurlarının azyaşlı oğlu, qızı və ya yaxın qohumlarıdır. Əksəriyyəti qəsəbəni tanımır, nə də vətəndaşlar onları tanımır. Sadəcə seçkidə namizədlik verərək “seçiliblər”.

Qeyd edək ki, Masazırda kifayət qədər problemlərin olması ilə bağlı mətbuatda saysız şikayət və müraciətlər mövcuddur. Son zamanlar insanlar zibil tullantılarının yığılması, antisanitariya vəziyyəti, torpaqların qanunsuz satılması, yolların, küçələrin bərbad olması kimi çoxsaylı problemlərdən şokayətçidir. Araşdırmalarımıza görə Masazır Bələdiyyəsində radikal dini əqidədə olan “hacı” ləqəbli 3-4 nəfər də çalışır. Əlavə edək ki, bələdiyyə binasında döyülən və ölümlə hədələnən sakin “Nöqtə” qəzetinin və ziyalilar.az saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, prezident təqaüdçüsü T. Əhmədovdur. Hazırda vəziyyətinin ağır olması ilə əlaqədar onun özü ilə əlaqə saxlaya bilməsək də yaxınlarının verdiyi məlumata görə həkim nəzarətindədir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd: T.İrfan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin müavinidir. R.Nurullayev Milli Məclisin deputatıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar