Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda tapılan xaç işarəli qəribə daşların sirri açıldı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Masallı rayonunda əkin sahəsindən tapılan, üzərində xaç simvolu olan qəribə daşlar barədə xəbərə münasibət bildirib

İnstitutun Arxeoloji abidələrin külliyyatı şöbəsinin rəhbəri, arxeoloji ekspedisiyanın rəhbəri Abuzər Ələkbərov Oxu.Az-a bildirib ki, bu, həqiqətən də, pravoslavların qəbir daşlarına həkk olunan xaç işarəsidir:

“Onların da Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən, cənub-şərq rayonlarına XIX əsrin birinci yarısında hansı məqsədlə köçürüldüyü məlumdur.

Əvvəllər onların qəbirlərinə daşdan baş daşı qoyulurdu. Sonralar bu daşlar dəmir çubuqlardan xaç şəkilində hazırlanmış nişangahlarla əvəz olundu”. 

“Məlumat üçün onu da deyim ki, pravoslavların xaç işarəsi katoliklərin xaç işarəsindən tamamilə fərqlidir”, - deyə ekspedisiynın rəhbəri qeyd edib.

Xatırladaq ki, Masallı rayonu Təklə kənd sakini Vəzir Hüseynov özünə məxsus olan əkin sahəsində şumlama işləri apararkən qəribə daşlar tapıb.

Daşlardan birinin üzərində olan xaç simvolu V.Hüseynovun marağına səbəb olub. O, indiyə qədər sözügedən ərazidə heç vaxt belə daşlara rast gəlmədiyini deyir. Onun diqqətini çəkən isə hündürlüyü 80, eni 40 sm olan bu daşlardan birinin üzərində oyma üsulu ilə çəkilmiş xaç simvolu olub.

Yerli sakinlərin dediyinə görə, Təklə kəndinin tarixi qədim olduğundan, burada əkin sahələrindən şum işləri apararkən gildən hazırlanmış müxtəlif məmulatlar, qədim əşyalar, tunc nizə başlıqları tapılıb. 

pia.az


Etiket: Masallı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar