Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marşalın qoluna qandal vuran mayor – 1 ildən sonra həmin yerdə Nelkenin özünü də qandallayıblar

20 may 1937-ci ildə o, “NKVD” başçısı Nikolay Yejovdan məxfi teleqram alıb. Adi adamların oxuya bilmədiyi şifrələnmiş mətndə aşağıdakılar qeyd edilib:

SSRİ Xalq Daxili İşlər Komissarlığının Kuybışev vilayət idarəsinin rəis müavini, dövlət təhlükəsizliyi mayoru Rudolf Nelkeyə.

3 gün ərzində Volqa hərbi dairəsi qoşunlarının komandanı marşal Mixail Tuxaçevskinin həbs edilməsini və Moskvaya gətirlməsini təmin edin.

SSRİ xalq daxili işlər komissarı Nikolay Yejov.

20 may 1937-ci il”

Rudolf Nelke teleqramın mətni ilə tanış olduqdan sonra cəmi 10 gün əvvəl SSRİ müdafiə komissarının (nazirinin) birinci müavini vəzifədən azad edilərək Volqa hərbi dairəsinə komandan təyin edilən Tuxaçevskinin hərəkət marşrutunu öyrənməyə başlayıb. Qeyd edək ki, Volqa hərbi dairəsinin qərargahı Kuybışevdə (indiki Samara şəhəri) yerləşib.

Nelke mayın 21-də xidməti işi ilə əlaqədar Kuybışev vilayət partiya komitəsində olanda məlumat alıb ki, Tuxaçevski mayın 22-də vilayət rəhbərliyi ilə tanışlıq üçün partiya komitəsinə gələcək. Artıq görüşün hansı vaxtda olacağı da müəyyənləşdirilib. Məhz həmin vaxtda Nelke tabeliyində olan bir neçə əməkdaşla vilayət partiya komitəsinin inzibati binasının birinci mərtəbədəki hollunda marşalı gözləyiblər.

Beləliklə, mayın 22-də səhər saat 10-11 radələrində mayor rütbəli dövlət təhlükəsizliyi zabiti marşal rütbəli hərbçinin qarşısına çıxaraq onu həbs edəcəyini bildirib. Rayon partiya komitəsində gözlənilməz “qarşılanma” Tuxaçevskini elə bir vəziyyətə salıb ki, o, ayaq üstündə dayana bilməyib və hollda düzülmüş stulların birinə əyləşib. Əslində Nelke əvvəlcədən elə düşünüb ki, Tuxaçevckinin ciddi müqaviməti ilə üzləşəcək. Hətta o, əvvəlcədən öz əməkdaşlarına silahlarının hazır olmasını da göstəriş verib. Amma hər şey əksinə baş verib. Tuxaçevski düşdüyü şok vəziyyətindən ona verilən mülki paltarları belə dəyişə bilməyib. Bu işdə ona “NKVD” əməkdaşları “kömək” ediblər. Marşalın əynindən hərbi forması çıxarılıb və ona mülki geyimlər geyindirilib.

Bir gün Kuybışevdə saxlanıldıqdan sonra Tuxaçevski Nelkenin müşayiəti ilə Moskvaya aparılıb.
Nelkenin orduda kifayət qədər nüfuzu olan Tuxaçevskini bu cür səs-küysüz həbs etməsi Moskvada yüksək qiymətləndirilib. Onun şəxsi işinə Nikolay Yejovun imzası ilə təşəkkür yazılıb. Sonra daha bir ay ərzində Nelke Moskvanın tapşırığı ilə vilayətdə daha bir neçə tanınmış siyasi və hərbi məmuru həbs edərək Moskvaya təhvil verib. Hər dəfə də o, “qara siyahı”ya düşənləri özü Moskvaya aparıb.

Öz xidmətindən razı qalan Nelke üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirdiyinə görə ümid edib ki, çox yaxın günlərdə onun xidməti yerini Moskvaya dəyişəcəklər. Bununla bağlı o, bir neçə dəfə rəhbərliyə də müraciət edib. Rəhbərlik isə hər dəfə tez bir zamanda bu yerdəyişmənin baş tutacağını ona vəd edib.

Yejov sözünün üstündə dayanb, verdiyi vədə əməl edib. 1sentyabr 1937-ci ildə Nelke bir sıra məsələlərin müzakirəsi adı ilə Kuybışev vilayət partiya komitəsinə dəvət olunub. Tuxaçevskinin “qarşılanma” mərasimi eyni ilə təkrar olunub. Nelkeni partiya komitəsinin inzibati binasının birinci mərtəbəsində Moskvadan bu şəhərə ezam olunmuş “NKVD” əməkdaşları qarşılayıb. Mayor bu “qarşılanma”nın səbəbini soruşmağa macal tapmamış “qonaqlar” qısa izahat veriblər: “Siz bizimlə təcili Moskvaya getməlisiniz. Bu, Nikolay Yejovun əmridir”.

Nelkeni əvvəlcə öz xidməti kabinetinə aparıblar. Möhür və seyfin açarlarını təhvil aldıqdan sonra istiqamət Moskvaya yönəlib. Beləliklə, Moskvada vəzifə gözləyən dövlət təhlükəsizliyi mayoru Nelke “NKVD”-nin Kuybəşev vilayət idarəsindən Moskvaya, “NKVD”-nin zirzəmisinə transfer olunub.

Nelkenin hansı cəzaya məhkum edilməsi Stalinin kabinetində müzakirə edilib. Bu müzakirədə Vyaçeslav Molotov, Kliment Voroşilov və Nikolay Yejov iştirak ediblər. Molotov ortaya haqlı bir sual atıb və bu sual əsas Yejova ünvanlanıb:

- Siz Nelke haqqında hansı ittihamı qaldıracaqsınız?

Yejov sualı cavabsız qoymayıb:

- Əksinqilabi fəaliyyət, terror təşkilatları ilə əlaqə.

- Axı bu ittihamlar üçün heç bir tutarlı dəlil, sübut yoxdur.

Bu dəfə Yejov üzünü Stalinə tutub:

- Nelke çox şeyləri bilir və o, nə vaxtsa susmayacaq.

Kiçik məşvərtdən sonra qərar qəbul olunub, Nelke güllələnməlidir. Yejov Stalinin kabinetini tərk etdikdən sonra Stalin “maraqlı” bir ifadə işlədib: “Elə Yejov da çox şeyləri bilir. O da nə vaxtsa susmaya bilər...”

Sonralar Molotov öz xatirələrində bu məsələyə belə münasibət bildirib:

“Stalinin bu ifadəsinin arxasında qaranlıq bir fikir dayanırdı. Məhz bu ifadədən sonra mənə gün kimi aydın idi ki, yaxınlarda “çox şey bilən” Yejov da aradan götürüləcək.

16 iyun 1938-ci ildə antisovet və əksinqilabi fəaliyyətdə ittiham olunan Nelke haqqında SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası güllələnmə hökmü çıxarıb. Hökm həmin gün icra edilib.

Qeyd edək ki, milliyətcə latış olan Nelke 1889-cu ildə Latviyanın Tukkum şəhərində anadan olub. Dövlət təhlükısizliyi mayoru rütbəsinə və bu rütbəyə müvafiq vəzifəyə qədər yüksəlsə də, onun nəinki ali təhsili, heç tam orta təhsili də olmayıb. İnqilabi proseslərdə yaxından iştirak edən Nelke 1918-ci ildə “ÇK” orqanlarında xidmətə başlayıb. 1935-ci ilə qədər Kareliyada, Smolenskdə, Krımda “QPU” (baş kəşfiyyat idaərəsi) orqanlarında yüksək vəzifələr tutan Nelke həmin il “NKVD”-nin Kuybışev vilayət idarəsinə rəis müavini təyin edilib. O, “NKVD” orqanlarında “Yejovun ən yaxın adamı” və “təmiz adam” kimi tanınıb. Məhz bu iki “amil” 40 yaşında Rudolf Nelkenin həm vəzifə karyerasına, həm də həyatına son qoyub.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar