Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonunda mayın 18-də karantin rejimi ləğv olunacaq...
Bunu ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.
O deyib ki, bu gündən Rustavi şəhəri və Qardabani rayonuna giriş-çıxış bərpa olunub: “Mayın 18-dən isə Marneuliyə giriş-çıxış qadağası götürüləcək və bu bölgənin sakinlərinin azad hərəkət imkanı olacaq”.
Qeyd edək ki, Marneuli martın 23-də karantin zonası elan olunmuşdu/Report.
pia.az