Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markov: “Döyüş meydanında uduzan Ermənistan öz faşist simasını göstərməyə davam edir”

“Döyüş meydanında uduzan Ermənistan öz faşist simasını göstərməyə davam edir. Həmsədr ölkələrin təşəbbüsü ilə əldə olunan hər atəşkəs sonrası Azərbaycanın dinc şəhərlərini raketlərlə hədəfə alan Ermənistanın məqsədi həm üçüncü ölkələri münaqişəyə cəlb etmək, həm də Azərbaycan əhalisi arasında qorxu-təşviş yaratmaqdır”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin simasında beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyindən Azərbaycanın dinc şəhərlərinin atəşə tutulmasını dərhal dayandırmağı tələb etməlidir.

S. Markov Ermənistanın hər atəşkəs sonrası Azərbaycanın dinc şəhərlərini hədəfə almaqla bır sıra siyasi məqsədlər güddüyünü bildirib:

“Birinci məqsəd Azərbaycan əhalisində qorxu-təşviş yaratmaqdır ki, vətəndaşlar Azərbaycan Prezidenti İlham Əliyevi Dağlıq Qarabağın işğaldan azad olunması mübarizəsində az dəstəkləsin. İkinci məqsəd maksimal dərəcədə Rusiyanı bu münaqişəyə cəlb etməkdir. Ermənistan yaxşı anlayır ki, Rusiya ilə Ermənistan arasındakı müqavilə və Kollektiv Təhlükəsizlik Müqaviləsi ancaq Ermənistan ərazisinə təcavüz olduqda keçərlidir. Hazırda Azərbaycan şəhərlərinin raket hədəfinə alınması məhz Ermənistan ərazisindən həyata keçirilir. Məqsəd Azərbaycanı cavab tədbiri görməyə, Ermənistandakı hədəfləri vurmağa təhrik etməklə təxribata çəkməkdir. Üçüncü, burada məqsəd həm də Ermənistan cəmiyyətindəki tamamilə sönmüş döyüş ruhunu qaldırmaqdır. Təəssüflər olsun ki, Ermənistan əhalisi də dinc Azərbaycan şəhərlərinin vurulmasını özünə mənəvi qələbə hesab edir”.

Rusiyalı ekspert qeyd edib ki, Ermənistan rəhbərliyindən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən Azərbaycan şəhərlərinin raket hədəfinə alınmasına son qoyulması dərhal tələb olunmalıdır:

“Bu tələbi isə Azərbaycanın Dağlıq Qarabağ torpağının işğaldan azad olunması ilə bağlı haqlı mübarizəsini dayandırmağa çalışan həmsədr ölkələr etməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar