Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marafon yarışlarında idmançılar niyə məhz 42 min 195 metr qaçırlar?

Kütləvi idman yarışlarından olan marafon dünyada çox sevilir. Müxtəlif yaşlı insanlar bu yarışlara həvəslə qoşulurlar. Marafon qaçışını idman azarkeşləri də çox sevirlər

Maraqlıdır ki, yüngül atletika üzrə yarışlar məhz marafon qaçışının keçirilməsi ilə başa çatır. Marafon 42 min 195 metr məsafədə qaçışı nəzərdə tutan yüngül atletika növüdür.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, son zamanlar əsas məsafədən əlavə, digər məsafələr üzrə də qaçışlar keçirilir: yarımarafon (21, 097 kilometr), 5 kilometrlik qaçış, uşaq marafonu və s.

Yunan əsgərinin qət etdiyi məsafə

Marafon sözünün yaranmasının tarixi antik dövrə gedib çıxır. Yunan əfsanəsinə görə, eradan əvvəl 490-cu ildə Fidippid adlı bir əsgər həmvətənlərinə farslar üzərində qələbə xəbərini vermək üçün Marafon şəhərindən Afinaya qədər yol qət edir. Təngənəfəs özünü Afinaya çatdıran əsgər "Sevinin, afinalılar, biz qələbə çaldıq", - deyə həyəcanla qışqıraraq, huşsuz halda yerə yıxılır. Bəzi mənbələrdə onun həyatını itirdiyi də yazılır.

Herodota görə isə Fidippid Afinadan Spartaya yardım üçün göndərilmiş döyüşçü idi və o, iki gündən az bir vaxtda 230 kilometr məsafəni qət etmişdi.

1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi Marafon döyüşünün baş verdiyi ərazidən Afinaya qədər məsafəni ölçüb və onun 42 min 195 metr olduğunu müəyyənləşdirib. Həmin il keçirilən birinci müasir Olimpiya Oyunlarında və 2004-cü ildə keçirilən Afina Olimpiya Oyunlarında marafon qaçışı Marafon düzənliyindən Afinaya qədər olan məsafə üzrə keçirilib.

Fransız filoloqun ideyası

Bu qaçışın təşkil edilməsi ideyasını ilk dəfə 1896-cı ildə fransız filoloq Mişel Breal irəli sürüb. Fransızın bu təşəbbüsü müasir Olimpiya Oyunlarının əsasını qoyan baron Pyer de Kuberten və digər yunan təşkilatçılar tərəfindən dəstəklənib.

Marafon 1896-cı ildən Olimpiya oyunlarında kişilər, 1984-cü ildən isə qadınlar arasında yüngül atletika proqramına daxil edilib.

Birinci marafon qaçışında məsafəni 3 saat 18 dəqiqəyə qət edən Harilaos Vasilakos qalib gəlib. Birinci Olimpiya Oyunlarında kişilər arasında marafon qaçışı yüngül atletika üzrə proqramın yekun hissəsi hesab olunur. 2004-cü ildə Afinada keçirilən XXVIII Olimpiya Oyunlarında isə bu ənənəyə sadiqlik bir daha nümayiş etdirilib.

pia.az


Etiket: Yarış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar