Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manatın devalvasiyaya uğraması riski hansı səviyyədədir?

Həmçinin hazırda manatın məzənnəsinin saxlanılması xərcləri normal çərçivədədirmi, yoxsa bu xərclər artmaqdadır?..

İqtisadçı-ekspert: “Yaxın illərdə əgər hər hansı bir kəskin neft qiyməti dəyişməsi baş verməzsə, Azərbaycanda devalvasiya olmayacaq”.

“Həm işğaldan azad olunan ərazilərə böyük xərclərə ehtiyac olması, həm də türk lirəsinin surətlə ucuzlaşması Azərbaycan manatında devalvasiya təzyiqi formalaşdıran faktorlardır”.

Bu sözləri İqtisadçı-ekspert Rəşad Həsənov yaxın vaxtlarda manat devalvasiyaya uğraması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Azərbaycanda devalvasiya haqqında söz-söhbətlər geniş şəkildə yayılmaqda və müzakirə olunmaqdadır. Bəzi ekspertlər hesab edirlər ki, devalvasiya riski işğaldan azad olunan ərazilərə böyük xərclərə ehtiyac olması səbəbindən var. Həmçinin Türkiyə lirəsinin də sürətlə ucuzlaşması manatın məzənnəsinə təsir edir və devalvasiya riskini daha da artırır.

Bütün bu iddiları necə dəyərləndirmək olar və manatın devalvasiyaya uğraması riski hansı səviyyədədir? Həmçinin hazırda manatın məzənnəsinin saxlanılması xərcləri normal çərçivədədirmi, yoxsa bu xərclər artmaqdadır?

Manatın məzənnəsini PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Böyük ehtimalla hökumət devalvasiyaya getməyəcək”.

Təxminən bir ay əvvəl Maliyyə Nazirliyinin 2022-ci ilin büdcə sənədi ilə bağlı ilkin parametri açıqladığını vurğulayan ekspert PİA.az-a bildirib ki, həmin sənəddə 2022 və sonrakı illər üçün manatın məzənnəsi 1.70-dən proqnozlaşdırılıb:

“Həm işğaldan azad olunan ərazilərə böyük xərclərə ehtiyac olması, həm də türk lirəsinin surətlə ucuzlaşması Azərbaycan manatında devalvasiya təzyiqi formalaşdıran faktorlardır. Həmçinin təkcə türk lirəsi deyil, Azərbaycanın digər xarici ticarət tərəfdaşlarından, Gürcüstanda, İranda milli valyutaların artıq uzun müddətdir dəyərsizləşməsi prosesi gedir. Azərbaycan iqtisadiyyatı, istehza və xidmət sektoru bu dəyərsizləşmək fonunda rəqabət qabiliyyətini itirir.

Bununla belə düşünürəm ki, indiki halda devalvasiyanın olmamasını şərtləndirən hallar daha güclüdür. Azərbaycan iqtisadiyyatınln kifayət qədər yetkin, yetişmiş iqtisadiyyat olmaması milli valyutanın dəyərsizləşməsi fonunda əldə ediləcəkləri azaldan amil kimi çıxış edir. Yəni milli valyuta dəyərsizləşsə belə, Azərbaycanda qeyri-neft ixracında, yaxud da xidmətlərin ixracında ciddi artımlar olmayacaq.

Buna görə də hökumət daha çox sosial amillərə üstünlük verir. Çünki devalvasiyanın sosial fəsadları daha ağır olur. Həm əhalinin borc qaytarma qabiliyyəti aşağı düşür, problemli kreditlərin sayı artır, həm də ölkənin borc səviyyəsi yüksəlir. Eyni zamanda bu gün qlobal bazarlarda qiymət dəyişikliklərinin Azərbaycana idxalı və ixracı prosesi baş verir. Devalvasiya infilyasiyanın idxalı prosesini daha da surətləndirə bilər. Bu da işsizliyin, yoxsulluğun artmasına gətirib çıxara bilər. Buna görə də hökumət sosial faktora daha çox üstünlük verəcək.

Rəşad Həsənov: “Hökumət daha çox sosial amillərə üstünlük verir. Çünki devalvasiyanın sosial fəsadları daha ağır olur”.

Manatın məzənnəsinin formalaşmasının 80 faizini özündə ehtiva edən neftin qiyməti hökumətin proqnozu ilə müqayisə bu gün 2.2 dəfə bahadı. Bu da il ərzində Neft Fondunun ehtiyatlarının artmasına səbəb olub. Hazırda sentyabrın 1-nə olan vəziyyətə görə Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları birlikdə 51 milyard dolların üzərindədir. Ticarət saldosu da daha yüksəkdir. Bütün bunları nəzərə alaraq böyük ehtimalla hökumət devalvasiyaya getməyəcək.

Başqa bir məsələ isə hökumətin açıqladığı sənədlərdən ortaya qoyduğu mesajların oxunmasıdır. Təxminən bir ay əvvəl Maliyyə Nazirliyi 2022-ci ilin büdcə sənədi ilə bağlı ilkin parametri açıqlayıb. Həmin sənəddə 2022 və sonrakı illər üçün manatın məzənnəsi 1.70-dən proqnozlaşdırılıb. Görünən odur ki, hökumət bu istiqamətdə konservativ siyasətini davam etdirəcək. Buna görə də düşünürəm ki, yaxın illərdə əgər hər hansı bir kəskin neft qiyməti dəyişməsi baş verməzsə, Azərbaycanda devalvasiya olmayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar