Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Manatı nə gözləyir? – “Əhalinin 90%-i bundan zərər çəkə bilər”

“Ərzaq məhsullarının bahalaşması heç də manatın kursu ilə bağlı deyil. Manatın kursu Azərbaycanda inzibati yollarla müəyyən olunur. Bu da birbaşa neftin qiymətinə bağlıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadi ekspert Nazim Bəydəmirli deyib.

Mütəxəssisin sözlərinə görə, ölkəyə daxil olan valyutanın ölkədən çıxan valyutaya nisbətində yerli valyutların kursu dəyişir:

“Dövlət başçısının bəhs etdiyi hadisələr, 2015-ci ilin devalvasiyaları ilə bağlı idi və o zaman da, əslində, ölkəyə daxil olan valyuta, ölkədən çıxan valyutaya nisbətən çox idi. Ancaq neftin qiyməti aşağı düşməkdə davam edirdi və o zaman belə bir tendensiya var idi ki, iri çinli məmurların həbs olunması və ölkədən kifayət qədər kapital axını buna səbəb verdi. 

Əsas səbəblər bu idi ki, daxilə təzyiq var idi. Müxtəlif şəxslər ajiotaj fonunda tələbdən daha artığını, yəni manatda olan vəsaitlərini dollara çevirmək çabasında idi. Oradakı səbəblər təkcə iqtisadi səbəblər deyildi. Daha doğrusu iqtisadi səbəblərdən daha çox idarəetmədə olan ciddi korrupsiya halları ilə bağlı bir neçə nazirlərin vurulması və bu fonda onların ətrafında baş verən hadisələrdir. 

Heç kəsə sirr deyil ki, məmur sahibkarlığı Azərbaycan iqtisadiyyatında demək olar ki, 80%-dir. Hər hansı bir yüksək çinli məmuru yerindən tərpətdikdə belə hadisələr baş verir”.

Ekspert onu da vurğulayıb ki, 2015-ci ildə baş verən hadisələr ölkəyə daxil olan valyutayla, ölkədən çıxan valyutanın tədiyyə balansının mənfi olmasından qaynaqlanmırdı:

“Çünki 2014-cü ilin yekunlarına görə, yəni birinci devalvasiyaya qədər vəsait daha çox gəlmişdi, nəinki çıxmışdı. Səhv etmirəmsə 21-22 milyard ölkəyə valyuta gəlmişdi, ölkədən çıxan isə 10 milyarddan çox idi.

Ona görə də, təbii ki, hökumət də 2022-ci ilin makroiqtisadi göstəriciləri olaraq 1,7 manat müəyyən edib və manatın ucuzlaşması hökumətin özünə xeyir deyil. Çünki əhalinin 90%-i bundan zərər çəkə bilər və biz idxal məhsullarından çox asılıyıq. İdxal məhsullarından asılı olan ölkələrdə yerli valyutanın kursu dəyişirsə, bu çox ciddi proseslərə və sosial təzyiqlərə gətirib çıxarır. 

Ona görə, hökumətin bu addımı atacağına güman etmirəm, çünki əvvəlki ildə süni devalvasiya oldu və hökumətin təzyiqi ilə Mərkəzi Bank buna getdi. Bu gün isə buna obyektiv səbəblər görmürəm. Çünki neftin qiyməti 45 dollardan yuxarı olan zaman heç vaxt Azərbaycan manatına təzyiq olmur”, - deyə Nazim Bəydəmirli fikrini yekunlaşdırıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İstanbulun mərkəzində atışma - Tanınmış Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi - Video, Yenilənib

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - Fotolar

“Bəs sən niyə boşanmısan, oturub içərdin də kişinin ayaq suyunu?!” - Aparıcıya sərt reaksiya

“Səfər dəhlizi”: Gömrükdə sensasion kosmetika əməliyyatı...

Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - Fotolar

ADAU-da nəğmə müəllimi tarix fənnindən dərs deyir - Tələbələr prezidentə müraciət etdi...

“Bürc Xəlifə”dən iki dəfə böyük olan asteroid Yerə yaxınlaşır

Ölkədə aparılan kadr islahatları... - Yeni kadrlar gözləntiləri doğruldurmu?

Aleksey Navalnıy: “Ordusu və nüvə silahı olan bu qəddar dəli necə dayandırılacaq?”

“Trampçılar” və Ukrayna savaşı – ABŞ-ın siyasi kulislərində nələr dönür?..

“Poz, qazan” və bu tipli digər oyunlara aludə olmaq problemlərə səbəb olan nəticələr doğura bilər

Qoşqar Təhməzli hökumətin təbliğatını necə alt-üst etdi? – AQTA haqda inanılmaz iddialar

Ən çox oxunanalar