Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manat yenə "öləcək" – Ekspert həyəcan təbili çalır

Valyutada olan əmanətlərin azalmasına səbəb valyuta əmanət faizlərinin azalmasıdlr...

"Keçən ilin noyabr ayından 2020-ci ilin fevralın 1-nə qədər olan dövrdə ölkədə fiziki şəxslərin cəmi əmanətləri 222 milyon 625 min manat geriləyib – fiziki şəxslərin xarici valyutadakı əmanətləri 495 milyon 747 min manat azalıb, milli valyutadakı əmanətlər isə 273 milyon 121 min manat artıb".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, valyutada olan əmanətlərin azalmasına səbəb valyuta əmanət faizlərinin azalmasıdlr. Manatla əmanətlərin az da olsa artması səbəbləri isə məzənnənin inzibati qaydada 2 ildən çoxdu sabit qalması, manatla əmanət faizlərinin nisbətən yüksək olması və bütün əmənətlərin sığortalanması haqqında hökumətin verdiyi qərar idi. Natiq Cəfərli daha sonra bildirib: "Sabah, martın 4-də bütün əmanətlərə tədbiq edilən sığortanın müddədi bitir – hökumətdən heç bir açıqlama, mövqe yoxdur. Neftin qiyməti düşür, bu gün 52 dollar civarındadı. Hələ ki, OPEC və Rusiya sözlü müdaxilələr və hasilatın daha da azaldılması nağılları ilə qiyməti 55 dollar civarında tutmağa çalışır. Sırf iqtisadi amilləri götürsək qiymət 40-45 dollara qədər düşməlidi – çünki dünyada iqtisadi aktivlik kəskin azalır, virus təhlükəsi artıqca daha da azalacaq, hətta virus təhlükəsi yaxın 2 ayda nəzarət altına alınsa belə, dünyada iqtisadiyyatın özünə gəlməsi azı 6-8 ay çəkəcək.

Belə bir vəziyyətdə zatən manata basqılar artır, təbii ki, hökumət həmən devalvasiya qərarı verməyəcək, azı may-iyun ayına qədər gözləyəcək, amma neft 50 dollardan aşağı düşüb o zamana qədər elə qalsa 10-15%-lik devalvasiya qaçılmaz olacaq.

Qısası, hökumət bu illər ərzində çox primitiv, dayanaqsız, xarici şoklardan və neftdən təhlükəli həddə asılı olan bir iqtisadi model qurub və hamımızı bu bəsit modelin girovuna çevirib. Əgər sabah əmanətlərin tamamının sığortalanması qərarı uzadılmasa əhalinin bir qismi öz əmanətlərini, əsasən də manatla olan əmanətlərini banklardan geri çəkməyə başlayacaq. Bu isə zatən zorla ayaqda duran bank sektoruna ciddi ziyan vuracaq. Banklar onsuz da ölkə iqtisadiyyatı kimi primitiv modellə işləyir, kassa rolunu oynayırlar – depozit götürüb əsasən istehlak krediti verməklə məşğuldurlar, 21-ci əsrin bankı kassa olmur, investisiya mərkəzinə, fonduna çevrilirlər".(yeni sabah)

pia.az


Etiket: manat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar