Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manantın devalvasiyası qaçılmazdır - Ekspert belə hesab edir...

2020-21-ci illərdə iqtisadiyyatımız üçün hansı təhlükələr gözlənilir və hazırda manatın vəziyyətini necə dəyərləndirmək olar?..

İqtisadçı-ekspert: “Türkiyə, Rusiya, Gürcüstanda milli valyutalar çox ucuzlaşıb. Həmin ölkələrdən mal gətirmək daha çox sərfəli hala gəlib. Əgər məzənnəsə dəyişikliyi olmasa, yerli istehsal ciddi ziyan çəkəcək”.

“Bu il Neft Fondu qazandığından 2.5 dəfə artıq xərcləməyə məcbur qalacaq. Əgər məzənnə dəyişikliyi olmasa, gələn ilin büdcəsinin formalaşdırılması zamanı eyni vəziyyətlə üzbəüz qala bilərik. Yəni Neft Fondu qazandığından daha çox vəsait xərcləməyə məcbur olacaq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli manatın indiki vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Bəzi ekspertlər manatın yaxın zamanlarda devalvasiyaya uğrayacağı ilə bağlı narahatlıqlarını ifadə edirlər. O cümlədən deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da bu yaxınlarda manatın taleyinə aydınlıq gətirilməsini istəyib. Deputata görə manat tamamilə üzən məzənnəyə keçməlidir və bu da təbii ki, devalvasiyanın baş verməsini qaçınılmaz edir.

Eyni zamanda beynəlxalq analitiklər dünya birjalarında neftin ucuzlaşması ilə bağlı real təhlükə olduğunu bildirirlər. Bilirik ki, ötən həftə Azərbaycan büdcəsinə düzəlişlər edildi. Payız aylarında neftin qiymətində ciddi ucuzlaşma baş verərsə, bu ümumilikdə Azərbaycan iqtisadiyyatına necə təsir edər? 2020-21-ci illərdə iqtisadiyyatımız üçün hansı təhlükələr gözlənilir? Ümumiyyətlə hazırda manatın vəziyyətini necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əgər məzənnə dəyişikliyi olmasa, gələn ilin büdcəsinin formalaşdırılması zamanı eyni vəziyyətlə üzbəüz qala bilərik. Yəni Neft Fondu qazandığından daha çox vəsait xərcləməyə məcbur olacaq”.

Hökumətin strateji seçim etməli olduğunu vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, indiki məzənnə saxlanılarsa, hökumət Neft Fondundan daha çox pul xərcləməli olacaq. Əgər hökümət müəyyən qənaət rejimininə keçmək istəyirsə, manatın məzənnəsində təqribən 20-25 faiz dəyişikliyə gedərək valyuta ehtiyatlarının qorunmasına çalışmalıdır:

“Manatın məzənnəsi inzibatidir. Yəni manatın məzənnəsi siyasi qərarla tənzimlənir. Buna görə də hər hansı formada iqtisadi proseslərin manata təsiri yoxdur. Yeganə dolayı yolla iqtisadi təsir olaraq manata neft qiymətləri və ölkənin valyuta ehtiyatları təsir edir. Başqa təsirlər olmadığı üçün hökumət ancaq bu prizmadan yanaşıb siyasi qərarlar verir və məzənnəni inzibati qaydada saxlayır.

Manatın indiki məzənnəsini saxlamaq üçün Neft Fondundan daha çox vəsaitin xərclənəcəyi qaçılmaz görünür. Çünki ötən həftə büdcə dəyişikliyində Neft Fondunun büdcəyə transferləri artırıldı. Təqribən 900 milyon manatlıq əlavə transfer olacaq. Bu da indiki məzənnə ilə 500-600 milyon dollara yaxın vəsait edir. Yəni Neft Fondundan daha çox vəsaitin xərclənməsi planlaşdırılır.

Onu da qeyd edim ki, bu il Neft Fondu qazandığından 2.5 dəfə artıq xərcləməyə məcbur qalacaq. Əgər məzənnə dəyişikliyi olmasa, gələn ilin büdcəsinin formalaşdırılması zamanı eyni vəziyyətlə üzbəüz qala bilərik. Yəni Neft Fondu qazandığından daha çox vəsait xərcləməyə məcbur olacaq.

Gələn il də neftin qiymətinin 40-43 dollar ətrafında qalması böyük ehtimaldır. Buna görə də hökumət strateji seçim etməlidir. Belə ki, hökumət ya hər il Neft Fondundan daha çox xərcləməli, ya da müəyyən qənaət rejimininə keçmək istəyirsə, manatın məzənnəsində təqribən 20-25 faiz dəyişikliyə gedərək valyuta ehtiyatlarının qorunmasına çalışmalıdır.

Natiq Cəfərli: “Valyuta ehtiyatlarının qorunması nöqteyi-nəzərindən ən az 20-25 faizlik məzənnə dəyişikliyinə gedilməlidir”.

Bildiyimiz kimi pandemiya dönəmində qonşu ölkələrin valyutaları kəskin aşağı düşüb. Yəni Türkiyə, Rusiya, Gürcüstanda milli valyutalar çox ucuzlaşıb. Həmin ölkələrdən mal gətirmək daha çox sərfəli hala gəlib. Əgər məzənnəsə dəyişikliyi olmasa, yerli istehsal ciddi ziyan çəkəcək. Bizim yerli istehsal onsuz da zəifdir və daha da zəifləyəcək.

Hökumət bu iki strateji məsələni düşünməli və qərar verməlidir. Əslində məntiqlə manatın məzənnəsində dəyişiklik olmalıdır. Bu həm ölkə iqtisadiyyatının canlanması, həm yerli istehsala dəstək nöqteyi-nəzərindən, həm də valyuta ehtiyatlarının qorunması nöqteyi-nəzərindən ən az 20-25 faizlik məzənnə dəyişikliyinə gedilməlidir.

Manatın məzənnəsi siyasi qərar olduğu üçün iqtisadi məntiq kənarda qalıb. Manatın məzənnəsi ilə bağlı siyasi qərarın nə olacağını indidən demək çətindir. Amma iqtisadi vəziyyətə görə manatın 20-25 faizlik devalvasiyası vacibdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar