Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə naziri: “Büdcəyə daxilolmalarda azalmalar gözlənilir”

“Koronavirus pandemiyasının yayılması qlobal iqtisadiyyatda neqativ meyllərinin artmasına gətirib çıxarıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı komitə Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Beynəlxalq Valyuta Fondu bir sıra sahələrdə proqnozlarını yeniləyib: “O cümlədən bizim üçün maraqlı olan neft və neft məhsullarının qiyməti ilə bağlı proqnozlarını da. Dünyada baş verən proseslər, koronavirusun pandemiya səviyyəsinə qalxması, bütün qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimləri ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib. Məntiqi olaraq, cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri həm gəlir, hm də xərclər olaraq yerinə yetirilib. Proqnozlaşdırılandan da yaxşı səviyyədə. Lakin qeyd olunmalıdır ki, 1-ci yarımildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarımildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorunda azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlarına yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır. 55 dollar götürülən neft qiymətinin 35 dollar olması proqnozlaşdırılır. 6 ayın nəticəsinə görə gəlirlər üzrə artıq daxilolmalar var. Həmin daxilolmalar da nəzərə alınmaqla cari ildə büdcəyə daxilolmalarda azalmalar gözlənilir”.

pia.az


Etiket: Samir Şərif


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar