Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Malayziyanın sabiq baş nazirinin arvadı Dövlət Fondunu talayıb – 23 milyon dollara boyunbağı alıb

Malayziya polisi sabiq Baş nazir Nacib Razakın həyat yoldaşı Rosma Mansurun 1MDB dövlət investisiya fondunun vəsaiti hesabına 23 milyon dollar məbləğində boyunbağı aldığını sübut edib

PİA.az AzərTac-a istinadla xəbər verir ki, bu barədə Malayziyanın çirkli pulların yuyulması üzrə milli polis idarəsi bəyanat yayıb.

“Təhqiqat zamanı çəhrayı rəngli nadir almazdan olan 23 milyon dollar dəyərində boyunbağının Nyu-Yorkdakı zərgərlik mağazalarından birindən 1MDB fondunun vəsaiti ilə alındığı təsdiqlənib”, – deyə bəyanatda bildirilir. Sənəddə qeyd edilir ki, polis tərəfindən Rosma Mansurun fondun pullarından istifadə edərək saxta hesablar vasitəsilə çəhrayı almazı almasına dair bütün bank əməliyyatları aşkarlanıb.

Bu ərəfədə Rosma Mansur dövlət vəsaiti ilə heç bir zinət əşyasını almadığını bildirərək, polisi və KİV-ləri onun ailəsi və N.Razak haqda yalan məlumatlar yaymaqda ittiham etmişdi. Ailənin hər iki üzvü N.Razakın Baş nazir vəzifəsində çalışdığı illərdə 1MDB dövlət investisiya fondundan milyardlarla dollar məbləğində vəsaitin oğurlanmasında ittiham olunur. 1MDB fondundan oğurluğun izləri artıq bir neçə ildir Malayziya ilə yanaşı, ABŞ, İsveçrə və digər ölkələrdə araşdırılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar