Bazar, 24 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Maksim Şevçenko: “Mən ədalətin tərəfindəyəm” - Video

“Qarabağ münaqişəsi heç vaxt dayanmayıb, çünki çoxmillətli Azərbaycan xalqı heç zaman Azərbaycan ərazilərinin işğalı ilə barışmazdı”.

Tanınmış rusiyalı politoloq Maksim Şevçenko RTV1 kanalında jurnalist Tina Kandelakinin suallarını cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda yalnız oğuz türkləri deyil, yəhudilər, ruslar, ləzgilər, talışlar, tatlar, saxurlar, udinlər, avarlar, gürcülər və hətta ermənilər yaşayır.

M.Şevçenko Sovet İttifaqının dağılması dövründə Dağlıq Qarabağda azərbaycanlıların 25 faizinin yaşadığını, qalanların ermənilər olduğunu, lakin ermənilərin heç vaxt orada yaşamaq hüququnun əllərindən alınmadığına dair Prezident İlham Əliyevin sözlərindən misal çəkib.

M.Şevçenko bu konfliktdə ədalətin tərəfində olduğunu söyləyib.

“Ədalət isə Azərbaycanın tərəfindədir”, - deyə politoloq bildirib.

Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Sovet İttifaqı sərhədlərinin heç bir əhəmiyyəti olmadığını, Heredotun və Kiçik Plininin təsvirlərinə istinad etməsini ağılsızlıq adlandırıb.

“Tiqranın idarə etdiyi Ermənistan heç vaxt olmayıb. Hazırda müasir AzərbaycanErmənistan var. Mən hesab edirəm ki, Alman xalqı Üçüncü Reyxin “Böyük Alman” ideyasından əziyyət çəkdiyi kimi, erməni xalqı da “böyük Ermənistan” adlandırılan çox təhlükəli və yalançı bir düşüncəsin girovuna çevrilib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rövnəq Abdullayev SOCAR-ın prezidenti vəzifəsindən alınır? - Prezidentin sərəncamında adı keçmir...

“Bəylər Əyyubov stəkan yuyurdu, bizə çay süzürdü” – Bağında işləyən dülgər qadın

SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib - Siyahı 

Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” - Video 

Nazirin səhhətinin ağırlaşdığı təsdiqləndi - Müalicə nəticə verməyib...

Oqtay Əsədovun həyat yoldaşının Moskvadakı qalmaqallı “Kapriz”i əsaslı təmir olunub - Foto

600 ailə Hadruta köçmək istəyir – Prezidentə müraciət edildi

Polad Bülbüloğlu atasının Şuşadakı evində “Gəl, ey səhər” oxudu - Video

Putin Navalnını azad etsə… – “Nyu-York Tayms”

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar

Ən çox oxunanalar