Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun sızlayan “Türkiyə yarası”...  

Fransanın Liviyadakı uğursuzluğu Makronu əməlli-başlı özündən çıxarıb.

Fransanın prezidenti Emmanuel Makron iyulun 23-də bəyan edib ki, Avropa İttifaqı (Aİ) üçün Şərqi Aralıq dənizindəki «təxribatlara» reaksiya verməmək ciddi səhv olar. Bu zaman Fransa dövlətinin başçısı bildirib ki, «Yunanıstan və Kiprin dəniz sərhədlərini pozanlara» qarşı əlavə sanksiyaların tətbiq olunmasına çalışacaq.

Yunanıstanın dəniz sərhədi deyərkən, Makron Türkiyə sahillərinin 2 kilometrliyində, Yunanıstan sahillərindən isə 570 kilometr uzaqda, başqa sözlə, «Türkiyənin ağzının içində» yerləşən kiçik bir adacığın sahilini nəzərdə tutur - həyasızlığa bir baxın!

Digər tərəfdən, özünü Yunanıstan və Kiprin «dəniz sərhədlərinin» müdafiəçisi kimi göstərməyə çalışan Fransa prezidenti (və hökuməti) əslində özünün imperiya dövlət maraqlarının qayğısına qalır - məkrin dərəcəsinə bir baxın!


«Röyter» agentliyinin Parisdən verdiyi xəbərə görə, Fransa liderinin bu şərhi ötən Çərşənbə axşamı, iyulun 21-də Türkiyə hərbi-dəniz qüvvələrinin Kipr və Krit adaları arasındakı dəniz rayonunda seysmik tədqiqat işləri aparması və qazma işlərinə hazırlıq barədə yaydığı xəbərdən sonra səslənib.

Afina isə bunu həyasızcasına Türkiyənin Yunanıstanın kontinental şelfinə soxulması cəhdi kimi qələmə verib.

İndi isə fikir verin - özünü Kiprlə Krit adaları arasına pərçim etməyə çalışan Fransa və Yunanıstan «qardaşları» türk Kiprinin və Türkiyənin haqlı-qanuni maraqlarını necə görməzliyə vururlar. Heç düşünmək belə istəmirlər ki, Türkiyə sahilinin cəmi 2 kilometrliyində yerləşən, Yunanıstandan isə 570 kilometr aralıda olan dəniz rayonu necə Afinanın «istisnasız iqtisadi zonası» ola bilərmiş. Hələ onu demirik ki, Madlenlər ölkəsi hansı əsasla «dünyanın o başından gəlib» Türkiyə sahillərinə burun soxa bilər?!

İndi isə diqqət edin və görün ki, Fransa prezidenti Kiprli həmkarı Nikos Anastasiadisi Yelisey sarayında qəbul edərkən bölgəyə müdaxiləsinin pərdəarxası səbəbini necə həyasızlıqla dilə gətirib: «Aralıq dənizinin bizim iki ölkə üçün həyati əhəmiyyət kəsb edən bu hissəsində energetika və təhlükəsizlik məsələləri birinci dərəcəli əhəmiyyət kəsb edir. Xəritə üzərinə təsir uğrunda mübarizə qoyulub, xüsusilə, Türkiyə və Rusiya tərəfindən. Onlar getdikcə özlərini daha çox göstərirlər və onları dayandırmaq üçün Avropa İttifaqı hələ də az işlər görür» - deyə, lüt zənci kişilərin «seks tərəf-müqabili» Makron bəyan edib.

Buradan açıq-aşkar görünür ki, hələ Napoleon dövründən üzübəri Afrikanın sərvətlərini sömürən Fransa indi qarşısında Türkiyəni görüncə, ciddi şəkildə çaşıb və bu vəziyyətlə barışa bilmir.

«Aralıq dənizində bizim təhlükəsizliyimizi fəaliyyətdə olan digər şəxslərin əlinə vermək ciddi səhv olar. Bu, Avropa üçün variant deyil və Fransa buna imkan verməyəcək» - deyə Makron həddini aşan açıqlamalar verib.
Maraqlıdır, Türkiyə öz sahillərinin 2-3 kilometrliyindəki dəniz suyunda təbii qaz axtarışına baş vurursa, kəşfiyyat işlərinə başlayırsa, Fransanın təhlükəsizliyinə bunun nə dəxli var?

Amma yox, Makron boy verən bu sual işarəsini Madlen məkri ilə görməzliyə vurur: «Mən, Türkiyə tərəfindən suverenliyi pozulan Kipr və Yunanıstanı tam dəstəkləyirəm. Aİ-a üzv ölkələrin dəniz məkanının pozulması və təhdidə məruz qoyulması yolverilməzdir. Bunu kim edirsə, cəzalandırılmalıdır».

Bütün bunlarla yanaşı, Fransanın Liviyadakı uğursuzluğu göründüyü kimi, Makronu əməlli-başlı özündən çıxardıb. Bununla bağlı Fransa prezidenti bəyan edib ki, Aİ Liviyada münaqişəyə cəlb olunmuş tərəflərə yönəlik sanksiyaların tətbiqinə nail olmalıdır.

Əslində, bu bəyanatı ilə Makron həyasızlığın zirvəsinə «yüksəlmiş» olur. Nədən ki, Liviyada münaqişəni başladanlardan biri və ən fəalı elə Fransa (prezident Sarkozi) olub və məhz Fransa casusu Liviyanın qanuni prezidenti Müəmmər Qəddafini qətlə yetirib!

Odur ki, əgər bu münaqişənin tərəflərinə qarşı sanksiyaların tətbiqindən söhbət gedirsə, ilk növbədə, Fransaya barmaq tuşlamaq lazımdır.(AzPolitika.info)

pia.az 


Etiket: Makron


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Ən çox oxunanalar