Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Makron: G7 ölkələri Amazon meşələrində yanğınların söndürülməsinə kömək etməyə hazırdır

Bunu bu gün Fransa Prezidenti Emmanuel Makron bəyan edib

"Böyük yeddilik" (G7) ölkələri Amazon meşələrinin olduğu ölkələrə meşə yanğınlarının söndürülməsində köməklik etmək barədə razılığa gəliblər.

Fransa Prezidenti deyib ki, hazırda Amazon ölkələri ilə danışıqlar aparılır: "Danışıqlar texniki və maliyyə resursları üzrə öhdəlikləri əhatə edir. Fransa da 9 Amazon ölkəsi sırasına daxildir, Fransa Qvianası departamenti Amazona daxildir. Biz hazırda Amazon ölkələrinin yanğınlarla effektiv mübarizə aparmalarına kömək etmək üçün beynəlxalq mexanizm üzərində işləyirik".

Qeyd edək ki, cümə axşamı və cümə günlərində Braziliyada 1663 yeni yanğın ocaqları müəyyən edilib. Yanğın ocaqlarının yarısı Amazon meşələrində yerləşir. Amazon meşələrində yanğınların sahəsi 2018-ci illə müqayisədə 82 faiz çoxdur. Braziliyada 78,4 min meşə yanğı baş verib ki, bu da 2013-cü ildən bəri ən pis göstərici hesab olunur.

Pia.az


Şərh yazın.

loading...