Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Makron Ərdoğanla apardığı müharibədə məğlub olub...

Fransa hər cəbhədə qarşısına çıxan Türkiyəyə qarşı Qərbin İslam düşmənçiliyindən istifadə edərək düşdüyü çuxurdan çıxmağa çalışır...

Kurtuluş Tayiz
“Akşam” qəzeti, Türkiyə, 26 oktyabr 2020-ci il

Fransa prezidenti Emmanuel Makron Türkiyə ilə apardığı mübarizədə məğlub olub. Aqressivliyi, İslama və Türkiyəyə qarşı olan təcavüzkar davranışlarının səbəbi bir az da bununla bağlıdır.

Fransa Liviyada Türkiyənin qarşısına çıxıb. Afrikada da Türkiyəyə qarşı mövqe tutub. Yunanıstanla baş verən böhranda da Makron yenə ön cəbhədə idi. Makron həm də Ermənistanın Azərbaycana qarşı başlatdığı hücumların arxa planında yer alıb. Üstəlik, terror təşkilatı YPG / PKK-ya verdiyi dəstəyi belə gizlətmədən Yelizey Sarayının qapılarını onlara açıb.

Makron Türkiyəyə qarşı çıxdığı ilk gündən bəri prezident Ərdoğanı hədəf alan bir xarici siyasət izləyir. Ancaq o, Türkiyəyə qarşı bu cəbhələrin hamısında uğursuz olub. Bu məğlub vəziyyətdə də Çarli Hebdonun çirkin karikaturalarını hökumət binalarında əks etdirərək İslama və Türklərə olan nifrətini qusub.

Prezident Ərdoğanın bu davranışa və İslam düşmənçiliyinə verdiyi reaksiyadan sonra Makron Türkiyədəki səfirini geri çəkərək böhran siyasətlərini yeni bir mərhələyə keçirib. Şübhəsiz ki, Fransa prezidenti bu gün yalnız İslamı deyil, Türkiyə Respublikası hökumətini və onun lideri Ərdoğanı da hədəf alır.

Avropadakı dövlətlər səviyyəsində islamofobiyanın mənası açıq şəkildə türklərə qarşı düşmən olmaq deməkdir. Prezident Ərdoğan da keçən gün verdiyi açıqlamada: “İslamofobiyanın türk düşmənçiliyi olduğunu unutmamalıyıq”' deyərək bu reallığı vurğulayıb.

Ərdoğanla müharibəsində Makron Qərbin bütün anti-İslam düşüncəsini əlində tutaraq cəbhəni genişləndirməyə çalışır. Hər cəbhədə qarşısına çıxan Türkiyəyə qarşı Qərbin İslam düşmənçiliyindən istifadə edərək düşdüyü çuxurdan çıxmağa çalışır.

Bu düşüncələrin bir müalicəyə ehtiyacı olduğunu deyən Ərdoğanın sözlərinin çatdığı ünvan da bəlli idi.

Makronun zehniyyəti Qərbin ibtidai Xaç yaddaşının bir əksidir. Dövlət binalarına əks etdirdikləri şey də məhz bu çirkin düşüncədir. Hər dəfə Türkiyəyə qarşı uğursuz olduqları dönəmlərdə həmişə bu düşüncə tərzindən istifadə ediblər. Bu zehniyyəti müalicə etmədən iki ölkə arasında düzgün bir əlaqə qurmaq mümkün olmayacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arayik Harutyunyanın gizli səfəri yarımçıq qaldı: “DQR” “lideri” Moskvadan da qovuldu

Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?

Ermənilərin yaşadığı bölgəni ruslar idarə edəcək

“Rusiya yatmış ayı kimi bir şeydir, qıcıqlandırmaq olmaz” – Vahid Əhmədov

Rusiya Qarabağda öz idarəetmə sistemini yaradır - Bu qeyri-rəsmi ilhaqdır, yoxsa zərurət?..

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - Fotolar

Azərbaycan ordusu Kəlbəcərə yola düşüb - Video

Əsabil Qasımovun adı hallan "un qalmaqalı"na deputatdan açıqlama gəldi

MN: Azərbaycan Ordusu Kəlbəcərə bir neçə istiqamətdə daxil olub - Video, Foto

loading...

Ən çox oxunanalar