Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Makron Bakıya gəlir... - Azərbaycana düşmən kimi baxan Fransa prezidentinin bu səfəri nəyə hesablanıb?

Aydındır ki, Makron Ermənistandan istədiyini ala biləcək və görüş gözlədiyi səviyyədə olacaq. Bəs Fransa prezidentinin Azərbaycana səfərindən gözləntilər nədir?..

Politoloq: “Fransa prezidenti Emanuel Makronun Cənubi Qafqazda Gürcüstana və Azərbaycana səfəri formal xarakter daşıyır”.

“Makron Azərbaycana səfər edərkən düşünməlidir ki, o hansı sifətlə Bakını ziyarət edəcək?”.

Bu sözləri politoloq Zaur Məmmədov Fransa Prezidenti Emmanuel Makronun Bakı və İrəvana gözlənilən səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Fransa Prezidenti Emmanuel Makronun Bakı və İrəvana səfər edəcəyi gözlənilir. Bu barədə Fransanın Ermənistandakı səfiri Conatan Lakota Emmanuel Makronun Qarabağ məsələsinə görə səfər edəcəyini bildirib.

“Bu görüşün məhz nə vaxt reallaşacağını soruşsanız, deyə bilərəm ki, görüş ən faydalı olacağı zaman baş tutacaq. Ən faydalı zaman səfərin regionda siyasi prosesi irəlilətməyə, AzərbaycanErmənistana problemli məsələlərdə inkişafa nail olmağa imkan verəcəyi vaxtdır. Beləliklə, səfərin tarixi və parametrləri bu məqsədə uyğun olaraq təyin olunacaq”, - deyə səfir deyib.

Bununla yanaşı, jurnalistin E.Makronun səfərinin regional olub-olmaması barədə suala cavab verən Conatan Lakota bildirib:

Prezident Makronun regionun bütün liderləri ilə danışıqlar aparması məntiqli olardı. Bütün tərəflərlə danışmaq, vasitəçi rolunu təmin etmək, AzərbaycanErmənistan arasındakı siyasi prosesə töhfə vermək imkanımız var”.

Qeyd edək ki, erməni teleqram kanalları Azərbaycanın Fransada aktivləşməsi ilə bağlı narahatçılıq ifadə ediblər. Erməni teleqram kanalı seqmentində yazırlar ki, son zamanlar Bakı təhsildə fransız dilinə önəm verməyə başlayıblar və və Bakıda fəaliyyət göstərən Fransa şirkətləri hökümətin anti-Azərbaycan mövqeyinə görə narağılıqlarını dilə gətirirlər. Bundan isə Fransadakı erməni diasporu narahat olub.

Buna baxmayaraq Fransada anti-Azərbaycan çıxışları ən yüksək səviyyədə davam edir.

Bəzi ekspertlər isə hesab edirlər ki, Azərbaycan-Ermənista­n sərhədində gərginliyin artması məhz Makronun Cənubi Qafqaz səfəri ilə bağlıdır. Belə iddialar var ki, Makron gərginliyi artırmaqka yeni gündəm yaratmağa və bu yollada Azərbaycan-Ermənista­n münaqişəsinə müdaxilə etməyə can atır.

Sərhəddə hələ də gərginliyin yaşandığı bir vaxtda Mokronun bölgəyə səfəri nəyə hesablanıb? Aydındır ki, Makron Ermənistandan istədiyini ala biləcək və görüş gözlədiyi səviyyədə olacaq. Bəs Fransa prezidentinin Azərbaycana səfərindən gözləntilər nədir?

Makronun Cənubi Qafqaza səfərinin nəticələri PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Makronun Qarabağın statusu ilə bağlı dediyi fikirlərdən aydın olur ki, o özünü erməni liderlərindən biri hesab edir”.

Fransanın Cənubi Qafqazdakı yeni reallıqları pozmaq istədiyini düşünən politoloq PİA.az-a bildirib ki, bu birmənalı şəkildə belədir. Hətta Fransa Qarabağın statusunun tanınması ilə bağlı da qeyri-adekvat olmayan qərarlar verə bilər:

“Fransa prezidenti Emanuel Makronun Cənubi Qafqazda Gürcüstana və Azərbaycana səfəri formal xarakter daşıyır. Sadəcə olaraq Makron başa düşür ki, ölkəsi Minsk qrupunun həmsədridir. Buna görə də Ermənistana səfər etməklə kifayətlənməməlidir,­ həm də Azərbaycana səfər etməlidir.

Eyni zamanda Makronun Azərbaycandan öz gözləntiləri var. Lakin Fransa prezidenti Azərbaycana səfər edərkən düşünməlidir ki, o hansı sifətlə Bakını ziyarət edəcək? Həmçinin o hansı sifətlə Azərbaycanda görüşlər keçirəcək? 44 günlük Vətən müharibəsindən sonra Makronun qeyri-adekvat mövqedə olması, özünü ərköyün uşaq kimi aparması hər kəsə məlumdur. Hətta Fransa prezidenti bir sıra hallarda erməni siyasətçilərindən də daha çox bölgədə vəziyyətin gərginləşməsində maraqlı idi.

Zaur Məmmədov: “Mən düşünürəm ki, Makron Bakıya gəldiyində Azərbaycan prezidenti ona reallıqları başa salacaq”.

Onun Qarabağın statusu ilə bağlı dediyi fikirlərdən aydın olur ki, o özünü erməni liderlərindən biri hesab edir. Hər bir halda məlum məsələdir ki, Fransa Cənubi Qafqazdakı yeni reallıqları pozmaq istəyir. Bu birmənalı şəkildədir. Əgər lazım olarsa, Fransa Qarabağın statusunun tanınması ilə bağlı da qeyri-adekvat olmayan qərarlar verə bilər.

Mən düşünürəm ki, Makron Bakıya gəldiyində Azərbaycan prezidenti ona reallıqları başa salacaq. Fransa prezidenti bilməlidir ki, artıq heç kəs bölgədəki proseslərə mane ola bilməz. Yaxşısı budur Makron gedib Fransanın imicinin qaldırılması, Fransadakı multikultural problemlərlə, Fransadakı sosial qruplar arasında olan problemlərlə, ziddiyətlərlə, ümumiyyətlə öz ölkəsini idarə etməkdə məşğul olsun”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Seyid Həsən Amulidən növbəti cəfəng açıqlama - Video

Təbriz imam-cüməsi də Amiliyə qoşuldu: "Azərbaycan rəsmilərinə xatırladıram ki..."

Şamaxının icra başçısının dəbdəbəli villasının görüntüləri yayıldı - Foto

Bakıda məktəb direktorundan biyabırçı çıxış - Video

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı - 400 min manat...

Rusiya sülhməramlılarından böyük və ciddi addım: Xəritəni tamamilə dəyişdilər - Fotolar

Müğənni Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum oldu

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

Vladimir Putin Rusiya Dövlət Dumasının rəhbərliyinə kimi layiq bildiyini açıqladı

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Rusiya sülhməramlılarından böyük və ciddi addım - Xəritə dəyişdirildi - Foto

Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb - Detallar

Ən çox oxunanalar