Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahmudovun “sağ əli” danışdı - “Mən asudə adamam, sərbəst hərəkət edirəm”

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxıb sonra geri qayıtması barədə iddialar yayılıb.Sabiq nazirin “sağ əli” kimi tanınan general Mövlam Şıxəliyev də barəsindəki hərəkət məhdudiyyəti qətimkan tədbirindən danışıb

Eldar Mahmudovun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması xüsusunda danışan Mövlam Şıxəliyev gununsesi.org-a açıqlama verib.

Yada salaq ki, Eldar Mahmudovla yanaşı ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərdən biri də MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev idi.

Sayt əməkdaşına hazırda ölkədə olduğunu deyən Mövlam Şıxəliyev bildirib ki, o, sərbəst hərəkət edir: “Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm”.

“Başqa sizi nə maraqlandırır” deyən Şıxəliyevdən növbəti dəfə ölkədən çıxışına məhdudiyyətin götürülüb-götürülməməsinə cavab istənilib. Cavabında isə general “Bu məsələ sizi maraqlandırmasın və sualınıza cavab vermək istəmirəm” deməklə kifayətlənib.

Sayt Mövlam Şıxəliyevi Eldar Mahmudovun “baş torbatikəni” kimi təqdim edir, MTN-dəki cinayətkar şəbəkənin əsas simalarından biri olduğunu, sabiq nazir kimi həbsdən yaxasını qurtara bildiyini diqqətə çatdırır. Baxmayaraq ki, “MTN işi” çərçivəsində aparılan istintaq və məhkəmədə Mövlam Şıxəliyevin həbs olunması üçün tutarlı sübutlar ortaya çıxmışdı.

pia.az

 


Etiket: Eldar Mahmudov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar