Çərşənbə axşamı, 28 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Magistraturaya qəbulun birmərhələli olmasının müsbət və mənfi cəhətləri – Ekspertdən şərh

Magistr qəbulda ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməməsi nə dərəcədə düzgündür?..

Təhsil eksperti: “Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin ləğvi magistraturaya qəbulu asanlaşdırmaq, sadələşdirmək məqsədindən irəli gələn, gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurun birmərhələli keçirilməsini nəzərdə tutan bir addımdır”.

“İndi Dövlət İmtahan Mərkəzi I mərhələ üçün təyin olunan 100 ballıq qiymətləndirmə sistemini saxlayarsa, bu zaman builki qəbulda ixtisaslar üzrə formalaşmış keçid ballarında dəyişikliklər olacaq”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi magistraturaya qəbul imtahanının birmərhələli olması haqqında qəbul edilən qərarı PİA.az-a şərh edərkən qeyd edib.

Nazirlər Kabineti Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərar qəbul edib.

Qərara əsasən, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Bəs magistr qəbulda ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməməsi nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Elçin Əfəndi: “Bu addım bakalavrdan sonra magistr təhsili almaq istəyənlərin sayına müsbət təsir göstərəcək”.

Magistratura səviyyəsinə qəbul mərhələləri çətin olduğundan, müraciət edənlərin sayında həmişə azlığın müşahidə edildiyini vurğulayan təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, tələbələr ilkin mərhələdə müvafiq balı toplasalar da, ikinci mərhələdə bunu bacarmırdılar. Həmçinin əksi də olurdu və nəticə etibarı ilə bakalavrı bitirən şəxs istədiyi ixtisasa qəbul ola bilmirdi:

“Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin ləğvi magistraturaya qəbulu asanlaşdırmaq, sadələşdirmək məqsədindən irəli gələn, gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurun birmərhələli keçirilməsini nəzərdə tutan bir addımdır. Bu addım bakalavrdan sonra magistr təhsili almaq istəyənlərin sayına müsbət təsir göstərəcək.

Magistratura səviyyəsinə qəbul mərhələləri çətin olduğundan, müraciət edənlərin sayında həmişə azlıq müşahidə edilib. İlkin mərhələdə müvafiq balı toplasalar da, ikinci mərhələdə bunu bacarmırdılar. Həmçinin əksi də olurdu və nəticə etibarı ilə bakalavrı bitirən şəxs istədiyi ixtisasa qəbul ola bilmirdi. Yəni həm maraq az idi, həm də ikinci mərhələdən sonra qəbul olanların sayı azalırdı. Buna görə də, ikinci mərhələnin ləğvi, məncə də düzgün qərar oldu. İmtahanın sırf birmərhələli olması çox yaxşı oldu. Belə ki, ilkin mərhələdə imtahan verilən ingilis dili, informatika, məntiq hər kəsin müəyyən qədər də olsa, bilməli olduğu fənlərdir.

İndi Dövlət İmtahan Mərkəzi I mərhələ üçün təyin olunan 100 ballıq qiymətləndirmə sistemini saxlayarsa, bu zaman builki qəbulda ixtisaslar üzrə formalaşmış keçid ballarında dəyişikliklər olacaq. Bu isə qəbulediləndir. Çünki dəyişiklik baş verib. Məsələn belə deyək ki, ötən il bir bakalavr 130 balla hər hansısa ixtisasa qəbul olubsa, bu il həmin ixtisasın keçid balı 95-96 ola bilər. Hələki DİM imtahan tarixini və yalnız bir mərhələdən ibarət olacaq qəbul prosesinin şərtləri barədə açıqlama verməyib. Ehtimal olunur ki, 100 ballıq qiymətləndirmə meyarı olduğu kimi qalsın.

Elçin Əfəndi: “Əgər bir ixtisas üzrə eyni balı toplayan bir neçə şəxs seçim üçün müraciət edibsə, bu zaman onların bakalavr ali təhsil pilləsində əldə etdikləri qiymətlərin ədədi ortası əsas götürülə bilər”.

Qeyd edim ki, mələsən Dövlət İmtahan Mərkəzi magistratura üzrə 9500 plan yeri açıqlayır. Müsabiqədə isə 14000 nəfər şəxs iştirak edir və onlardan 10000 nəfəri təyin olunan keçid balını toplayır. Təbii ki, bu zaman müsabiqə vəziyyəti yaranır. Əgər bir ixtisas üzrə eyni balı toplayan bir neçə şəxs seçim üçün müraciət edibsə, bu zaman onların bakalavr ali təhsil pilləsində əldə etdikləri qiymətlərin ədədi ortası əsas götürülə bilər. Beləcə ən yüksək göstəriciyə malik olan şəxslər seçim etdiyi ixtisas üzrə qəbul ediləcək.

Bütün proses başa çatandan sonra həmişə olduğu kimi düzgün seçim etməyənlər və nəticəsi yüksək olmayanlar müsabiqədən kənarda qalacaq.

Bütün bunlar fikrimcə, magistraturaya marağı daha da artıracaq və elmə tərəf gedənlərin sayçoxluğu ilə müşahidə olunacaq”.

Nərminə UMUDLU
pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar