Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Magistraturaya qəbul qaydası sərtləşdirilib

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qəbul qaydası sərtləşdirilib...

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

İndiyə qədər  xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (jurnalistika ixtisası istisna olmaqla) ixtisas magistraturasının ixtisaslaşmalarını Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilən müddətdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və həmin imtahandakı nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar, jurnalistika üzrə magistratura ixtisaslaşmalarını isə Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilən müddətdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından “məqbul” qiymət alan, proqram seçimi zamanı jurnalistika üzrə proqramı seçən və ixtisas imtahanının nəticəsi müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan bakalavrlar seçə bilərdilər.

Dəyişikliyə əsasən, artıq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını seçmək üçün qabiliyyət imtahandakı nəticənin müəyyən edilmiş müsabiqə şərtlərinə uyğunluğu yox, jurnalistika ixtisasında olduğu kimi həmin imtahandan “məqbul” qiymət almaq əsas götürüləcək. Başqa sözlə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilən müddətdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və həmin imtahandan “məqbul” qiymət alan bakalavrlar seçə biləcəklər.

pia.az


Etiket: İmtahan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar