Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Barmağında gördülər, özünü ərəb şeyxi kimi aparır, dedilər...

Bu günlərdə Meksikanın paytaxtı Mexikoda Latın Amerikası və Karib hövzəsi ölkələrinin (ABŞ, Kanada və Braziliya bura daxil deyil) sammiti keçirilib. virtualaz.org xəbər verir ki, sammitin ən qalmaqallı məqamlarından biri Venesuela diktatoru Nikolas Maduronun orada iştirakı olub. Uruqvay və Kolumbiya sammit təşkilatçılarından xahiş etmişdilər ki, Maduronun toplantıya buraxmasınlar, amma ev sahibi ölkə hər halda onu dəvət edib.

Maduro sammitdə çıxışı zamanı Avropa İttifaqına oxşar strukturun yaradılması ideyasına dəstək verib və bildirib ki, yeni təşkilatın mənzil-qərargahı Mexikoda yerləşə bilər. Lakin “Heraldo de Mexico” nəşri yazır ki, Maduro sammitdə özünü ərəb şeyxi kimi aparırdı.

“Onun barmağında iki üzük vardı: Azərbaycanda ona bağışlanmış zümrüd qaşlı üzük və ikincisi, sadəcə qızıldan olan”, deyə nəşr özünün “Banan respublikaları” adlı məqaləsində yazır.

Nikolas Maduro 2016-cı ilin oktyabrında Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfər etmişdi. Həmin sammitdə təşkilata sədrlik Azərbaycana keçib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar