Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Madagiz kəndinin Suqovuşan adlandırılması məsələsi MM-in plenar iclasına tövsiyə edilib

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

S. Novruzov deyib ki, tarixi günlər yaşayırıq, torpaqlarımız işğaldan azad edilir: “Bu münasibətlə Ali Baş Komandanı, xalqımızı, o cümlədən deputatlarımızı təbrik edirəm. Bu gün ilk olaraq işğaldan azad edilən Tərtər rayonunun Madagiz kəndinin adının dəyişdirilməsi barədə məsələyə baxırıq. Azərbaycan torpaqları işğaldan azad edilir, tarix yazılır. Azad edilən ilk ərazilərdən biri də Madagiz kəndidir. Bu kənddə qədim alban abidəsi var. Tarixi adı Suqovuşan olan bu kəndin adı da ermənilər tərəfindən dəyişdirilmişdi. Prezident İlham Əliyev tərəfindən Suqovuşanın tarixi adı bərpa edilir və bu, tarixi, xalqımızın ürəyindən xəbər verən addımdır. Bu gün biz bu məsələni həm də Milli Məclisin Qarabağ zalında müzakirə edirik. İnşallah, bu zalda bir çox belə məsələ müzakirə olunacaq”.

Ermənistanın təxribatlarından danışan S. Novruzov bildirib ki, düşmən ölkə qəzaya uğrayan təyyarəsinin Türkiyə təyyarəsi tərəfindən vurulması barədə iddia ortaya atıb: “Rusiya, İran, o cümlədən Avropa ölkələrinin radar sistemlərində bu barədə hər hansı görüntü yoxdur. Bu gün hərbi ekspertlər də təyyarənin harasa çırpıldığı, yaxud artilleriya mərmisi, başqa bir təyyarə tərəfindən vurulduğunu asanlıqla müəyyənləşdirə bilirlər. Ermənistanın iddiası tamamilə əsassızdır. Digər tərəfdən, Fransa Prezidenti Emmanuel Makron Suriyadan Azərbaycana terrorçuların gətirilməsi barədə əsassız iddialar irəli sürüb. ABŞ-da peyk vasitəsi ilə buradakı insanların əlində oxunan qəzeti də görmək mümkündür. Bu kimi yalanların sonu yoxdur. Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda döyüş aparır. Ermənistan isə müxtəlif təxribatlarla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməyə çalışır”.

Millət vəkili Cavid Osmanov bildirib ki, Azərbaycan Ordusu şanlı tariximizi yazır: “Bu gün işğaldan azad edilmiş Suqovuşanın tarixi adının bərpa edilməsi üçün toplaşmışıq. İnanıram ki, belə iclaslara tez-tez toplaşacağıq. Prezident İlham Əliyevin də dediyi kimi, danışıqlar prosesinin başlaması üçün Ermənistan ordusunun işğal edilmiş Azərbaycan torpaqlarından çıxması ilə bağlı cədvəl təqdim olunmalı, Nikol Paşinyan Azərbaycan xalqından üzür istəməlidir. Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona da qətiyyətli cavab verdi. Marsel şəhərinin yarısı ermənilərdir, Makron gedib onlar üçün nə istəyir, edə bilər”.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

pia.az 


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar