Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maaşların artması daxili bazarda nə qədər qiymət artımı yarada bilər?

Maaşların artımının ehtiyacı olan insanların sosial rifahını yüksəldəcəyi nə qədər mümkündür?

İqtisadçı: “Minimal əməkhaqlarının artırılması ilə bağlı fərman istənilən halda bazara təsir edir. Fərman veriləndən qısa müddət sonra bazarda qiymət artımı müşahidə olundu”.

“Gələn ildən ölkə səviyyəsində əməkhaqqılarının artırılması infilyasiya səviyyəsi ilə indeksləşdirmə vasitəsilə aparılacaq”.

Bu sözləri iqtisadçı İlham Əzizov maaşların və təqaüdlərin artırılmasından sonra daxili bazarda gözlənilən qiymət artımını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra dövlət qurumlarının əməkdaşlarının maaşlarının artırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar qüvvəyə minib.

Sentyabrın 1-dən qüvvəyə minən Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və başqa dövlət içşilərinin aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Həmçinin məlumdur ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə görə, Azərbaycanda minimum pensiyanın məbləği bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

Artıq maaş artımı qüvvəyə mindiyinə görə və bir aydan sonra təqaüdlərin də artacağını nəzərə alarsaq, maaşların artımının ehtiyacı olan insanların sosial rifahını yüksəldəcəyinə nə qədər inanmaq olar? Daxili bazarda qiymət artımı gözlənilirmi və əgər gözlənilirsə, inflyasiya hansı səviyyəyə qədər arta bilər?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovla müzakirə edib.

İlham Əzizov: “Bizim təkliflərimiz ondan ibarətdir ki, əməkhaqlarının artırılması bu formaTda deyil, illik infilyasiya səviyyəsinin indeksləşdirməsi vasitəsilə həyata keçirilməlidir”.

Minimum əməkhaqqının artırılmasının məsələləri tam həll etmədiyini düşünən iqtisadçı PİA.az-a açıqlamasında fikrini bununla əsaslandırıb ki, minimum əməkhaqqının artması gəlirləri artırdığı qədər, xərcləri də artırır:

“Minimum əməkhaqqının artırılması, aydın məsələdir ki, aztəminatlı işçilərin əməkhaqlarının artırılmasına gətirib çıxarır. Bu da həyat şəraitinin yaxşılaşmasına kömək edir. Amma minimum əməkhaqqının artırılması da məsələlərin tam həllini təmin etmir. Çünki minimum əməkhaqqının artması gəlirləri artırdığı qədər, xərcləri də artırır. Həmçinin sahibkarların, kənd təsərrüfatlarının, özəl şirkətlərin sosial sığorta ödənişləri artmaqdadır.

Minimal əməkhaqlarının artırılması ilə bağlı fərman istənilən halda bazara təsir edir. Xatırlayırsınızsa, fərman veriləndən qısa müddət sonra bazarda qiymət artımı müşahidə olundu. İndi də həmin artım davam etməkdədir və bazar qiymətləri də artmağa davam edir. Bunda həm də fəslin rolu var. Çünki payız fəslində, ümumiyyətlə, qiymət artımı həmişə yüksək olur. Çünki bu halda fəallıq artır və məktəblərin açılması ilə bağlı olaraq əhalinin xərcləri artmağa başlayır. Bazarda tələbat artdıqca, o cümlədən də təklif və tələb arasında fərq yaranan kimi qiymətlər də artmağa başlayır. Amma istənilən halda minimum əməkhaqqının artırılması baş verməlidir. Lakin bu, hələ ki, istənilən səviyyədə deyil.

İlham Əzizov: “Artım bizi məcbur edir ki, gələcəkdə biz əməkhaqqını infilyasiya səviyyəsinə uyğun inkdesləşdirək”.

Bununla bağlı bizim təkliflərimiz ondan ibarətdir ki, əməkhaqlarının artırılması bu formada deyil, illik infilyasiya səviyyəsinin indeksləşdirməsi vasitəsilə həyata keçirilməlidir. Verilən məlumatlara görə, gələn ildən ölkə səviyyəsində əməkhaqqılarının artırılması infilyasiya səviyyəsi ilə indeksləşdirmə vasitəsilə aparılacaq. Çünki minimal əməkhaqlarının artırılması il ərzində apardığımız hesablamalara görə, infilyasiya səviyyəsindən aşağıda olub. Amma bu, infilyasiya səviyyəsinə uyğun olsa, daha yaxşı olar.

Məsələn, 6-7 MDB ölkəsi arasında bizim aylıq əməkhaqlarımız aşağı səviyyədədir. Daxili bazardakı qiymət artımına gəldikdə isə qeyd elədik ki, fərman verilən gündən artıq daxili bazara öz təsirini göstərib. Ümumiyyətlə, bu, təbii prosesdir. Əgər manatın kütləsi və əhalinin əmək haqları artırsa, istənilən halda bu, infilyasiyaya və qiymət artımına istər süni, istərsə də obyektiv olaraq təsir edir. Həmin artım bizi məcbur edir ki, gələcəkdə biz əməkhaqqını infilyasiya səviyyəsinə uyğun inkdesləşdirək.

İlham Əzizov: “Əhalinin əməkhaqlarının infilyasiyaya indeksləşdirməklə infilyasiyanı normal həddə gətirib çıxarmaq lazımdır ki, iqtisadi fəallıq artsın”.

Hal-hazırda infilyasiya səviyyəsi ölkəmizdə aşağı səviyyədədir. Mən infilyasiyanın bu səviyyəsindən razı deyiləm. Əslinə qalsa, infilyasiyanın səviyyəsi iqtisadi inkişafa nail olmaq üçün hazırki səviyyədən yuxarı olmalıdır. İqtisadiyyatda belə bir qanun var ki, infilyasiya səviyyəsinin bir az yüksəlməsi işsizliyi aradan qaldırır. İnfilyasiyanın az və yaxud da çox hədləri iqtisadi inkişafın qarşısını alır. Həddindən artıq yuxarı və ya aşağı hədlər iqtisadiyyatda dağıdıcı rol oyanır. Ona görə də, biz hələ ki, optimal rəqəmlərə gəlib çıxmamışıq. Əhalinin əməkhaqlarının infilyasiyaya indeksləşdirməklə infilyasiyanı normal həddə gətirib çıxarmaq lazımdır ki, iqtisadi fəallıq artsın.
Pensiyaların artımına gəldikdə isə bilirsiniz ki, 200 manatadək olan pensiyaların artımı 700 min pensiyaçıya şamil edilməyəcək. Yəni əhalinin bir hissəsi bu pensiya artımından yararlana bilməyəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar