Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi

Bu gün Belarusda keçirilən prezident seçkilərində səsvermə az əvvəl başa çatıb. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da seçicilərin 79 faizinin səs verdiyini açıqlamışdı.

Prezident Aleksandr Lukaşenkonun təyyarəsi isə səsvermənin başa çatmasından əvvəl Minskdən havaya qalxıb. Bu haqda PlaneFinder saytının məlumatları təsdiq edir. EW-301PJ bort nişanlı təyyarənin İstanbula enəcəyi göstərilirdi.

Lukaşenkonun təyyarəsinin Minskdən uçmağa hazırlaşdığı haqda bundan əvvəl NEXA Telegram-kanalı bildirirdi. Məlumata görə bütün heyət üzvləri səfərbər olunub, pilotlar aerportda gecələyiblər.

Əlavə olaraq Minsk aerportu ətrafında minaaxtaranlar bütün yanaşma yollarını yoxlayıblar. Bu, adətən Belarus prezidentinin harasa uçmasından əvvəl baş verir.

Habelə səsvermənin başa çatmasına az qalmış Minskə böyük sayda hərbi texnika yeridilib. Sosial şəbəkələrdə yerləşdirilmiş kadrlara əsasən Minsk küçələrində içərisində hərbçilər olan çoxsaylı yük maşınları görünür. Habelə üzərlərində tanklar daşıyan qoşquların Minskə doğru hərəkət etdiyi barədə görüntülər var.

Digər kadrlarda zirehli texnika şəhərə girərkən görünür. O cümlədən çoxsaylı hərbi yük maşınları və içərisində hərbçilər olan avtobuslar, habelə suvuran maşınlar və dustaqları daşımaq üçün maşınlar Minskə yeridilib.

Şahidlər bildirir ki, hətta təcili yardım maşınlarında da daxili qoşun əsgərləri Minskə girib. Küçələrin birinin tinində əllərində qalxanlar olan milisləri boşaldan 7 avtobusun görüntüləri də yayılıb. Küçədən keçənlər milislərdən nə üçün gətirildiklərini soruşub. Sürücülər cavab verib ki, nümayişləri dağıtmaq üçün göndəriliblər.

Təhlükəsizlik qüvvələri əsasən hökumət binalarının ətrafına cəmləşdirilir. Üstəlik Minskə o qədər hərbi texnika yeridilib ki, regionlarda etirazçıların qarşısını kəsməyə demək olar qüvvə qalmayıb. (Virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar