Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenkonun Bakı səfərinə erməni qisqanclığı: Ermənistanın KTMT-də doğrudan neçə müttəfiqi var?

Yeravanda hesab edirlər ki, onların KTMT-dəki strateji müttəfiqinin bu səfəri müttəfiqlik normativlərinə tamamilə ziddir...

Politoloq: “Müharibə vaxtı Rusiya istisna olmaqla, digər ittifaq üzvləri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan Ermənistana hətta siyasi dəstək belə vermədi. Biz hətta bu dövlətlərdən qələbə münasibəti ilə rəsmi təbriklər də alırıq ki, bu da ümumiyyətlə bir hərbi ittifaq olaraq KTMT-də Ermənistana olan münasibəti sərgiləməkdədir”.

“Belarus 2016-ci il aprel döyüşlərində KTMT üzvü olmasına baxmayaraq Azərbaycanı dəstəklədi. Bu, Rusiyadan başqa digər ölkələrin Ermənistanla hərbi müttəfiqliyinin həqiqətən formal hal daşıdığının əyani təcəssümü idi”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakı səfərini və bu səfərə Ermənistanda qısqanclıqla yanaşılmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi aprelin 13-14-də Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri baş tutdu. Səfər zamanı Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü. Görüşdən sonra isə iki ölkənin nümayəndə heyətləri bir sıra vacib sənədləri imzalandı.

Ermənistanda isə Belarus prezidentinin Azərbaycana səfəri xüsusi qısqanclıqla izlənildi. Yeravanda hesab edirlər ki, onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) strateji müttəfiqinin bu səfəri və Qarabağda bərpa işlərində iştirak niyyətini ortaya qoyması müttəfiqlik normativlərinə tamamilə ziddir.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Ermənistan KTMT-dən olan müttəfiqlərinə dəfələrlə kömək üçün çağrış etsə də, Yeravanın bu çağrışları cavabsız qaldı. Yalnız Rusiya özünün geosiyasi maraqları çərçivəsində və münaqişənin saxlanılmasında maraqlı tərəf olaraq Ermənistanı tam məğlubiyyətdən xilas etdi.

Son günlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında səsləndirilən bəyanatlar da göstərir ki, Ermənistanın KTMT-dəki müttəfiqləri Rusiya istisna olmaqla Yeravana qarşı heç bir öhdəçilik daşımırlar. Artıq bu məsələ Ermənistan mətbuatının da müzakirə mövzusuna çevrilib.

Ümumiyyətlə Ermənistanın KTMT-də doğrudan neçə müttəfiqi var? Demək olarmı ki, bu hərbi ittifaq təşkilatı Ermənistana münasibətdə formal xarakter daşıyır?

Lukaşenkonun Bakı səfərinin əhəmiyyəti və səfərin hansı siyasi, iqtisadi nəticələri ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Belarus başda olmaqla Qazaxıstan, Qırğızıstan, Tacikistan Ermənistanın strateji müttəfiqləri deyil. Hətta müttəfirləri də deyil və bu ölkələr öz münasibətlərini gizlətməyə də elə cəhd eləmirlər”.

Azərbaycanın KTMT də Ermənistanı neytrallaşdırılmasına nail olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, müharibə vaxtı Rusiya istisna olmaqla, digər ittifaq üzvləri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan Ermənistana hətta siyasi dəstək belə vermədi:

“Belarus prezidenti Aleksandr lukaşenkonun Azərbaycana işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfələr verir. Qeyd edim ki, Belarus 2016-ci il aprel döyüşlərində KTMT üzvü olmasına baxmayaraq Azərbaycanı dəstəklədi. Bu, Rusiyadan başqa digər ölkələrin Ermənistanla hərbi müttəfiqliyinin həqiqətən formal hal daşıdığının əyani təcəssümü idi. Bundan əlavə bu Azərbaycanın Belarusla yüksək səviyyədə əlaqələrinin təntənəsi idi. İki ölkə arasında siyasi iqtisadi və hərbi texniki əməkdaşlıq bu gün də yüksək səviyyədə davam edir. Bu reallıq Lukaşenkonun son səfərində özünü bir daha göstərdi.

Bəli, Belarus KTMT çərçivəsində Ermənistanın müttəfiqidir. Amma, qeyd etdiyim kimi, nə 20160cı ildə, nə də 2020-ci ildə Belarus bu ölkəyə dəstək vermədi. Görünür ki, Azərbaycan KTMT də Ermənistanı neytrallaşdırılmasına nail olub. Çünki müharibə vaxtı Rusiya istisna olmaqla, digər ittifaq üzvləri olan Qazaxıstan, Qırğızıstan, Tacikistan Ermənistana hətta siyasi dəstək belə vermədi. Biz hətta bu dövlətlərdən qələbə münasibəti ilə rəsmi təbriklər də alırıq ki, bu da ümumiyyətlə bir hərbi ittifaq olaraq KTMT-də Ermənistana olan münasibəti sərgiləməkdəir.

Məhəmməd Əsədullazadə: “Ermənistanda Belarusun Qarabağda tikinti layihələrində iştirakı ilə bağlı hay-küy salmalarına gəldikdə isə, bu Ermənistanın siyasi fiaskosudur. KTMT üzv dövlətlərin Rusiyada, Qazaxıstanda bu layihələrdə yer alması istisna deyil”.

Əslində belə demək doğru olardı ki, Belarus başda olmaqla Qazaxıstan, Qırğızıstan, Tacikistan Ermənistanın strateji müttəfiqləri deyil. Hətta müttəfirləri də deyil və bu ölkələr öz münasibətlərini gizlətməyə də elə cəhd eləmirlər.

Sadəcə bu hərbi təşkilat daxilində Rusiyanın ağırlığı hər kəsə bəllidir və məlumdur ki, bu hərbi ittifaq əslində elə Rusiyadan ibarətdir. Digər ölkələrin bu ittifaqda iştirakı isə formal xarakterlidir. Rusiya isə doğrudan Ermənistanı özünün regionda əsas geosiyasi müttəfiqi olaraq görür və bunu dünən Ermənistanın Baş Qəragah rəisi ilə telefonda danışan Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bir daha təsdiqləyib.

KTMT-nin bir hərbi ittifaq kimi elə də bir ağırlığı heç bir zaman hiss olunmayıb. Təbii ki, KTM-ni NATO ilə müqayisə etmək heç mümkün deyil. Qeyd edim ki, KTMT artıq funksiyasını itirib. Çünki Rusiya üzv dövlətlərə qarşı aqressivlik edir. Ona görə də belə bir hərbi təşkilatın inkişafı sual altındadır və gələcəyi heç görünmür.

Ermənistanda Belarusun Qarabağda tikinti layihələrində iştirakı ilə bağlı hay-küy salmalarına gəldikdə isə, bu Ermənistanın siyasi fiaskosudur. KTMT üzv dövlətlərin Rusiyada, Qazaxıstanda bu layihələrdə yer alması istisna deyil. Ona görə də Ermənistanın güvəndiyi KTMT Azərbaycana qarşı loyal bir siyasət həyata keçirir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar