Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına...

Azərbaycanlı “oğru” Əli Heydərov (“Albert Rıjı”) vaxtından əvvəl azadlığa buraxılacaq...

Rusiya Federasiyasının subyektlərindən olan Mari El Respublikasının Medevedev Rayon Məhkəməsi Əli Heydərovun vaxtından əvvəl azadlığa buraxılması ilə müraciətə müsbət yanaşıb. İyunun 9-da “oğru”nun azadlığa buraxılacağı bildirilir. Əli Heydərovun cəzasının bitməsinə 1 il 1 ay 14 gün qalmışdı.

Bu, “oğru dünyası”nda kriminal iyerarxiyanın ən yüksək tituluna malik şəxsin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ilk faktdır.

İndi hər kəs “oğru dünyası”nın bu ilki necə qarşılayacağını gözləyir.

Gəncədə anadan olan Əli Heydərov soyğunçuluq, xuliqanlıq və başqa cinayətlərə görə dəfələrlə məhkum olunub. O, 2012-ci ilin sentyabrında “oğru” tituluna layiq görülüb. Bəzi iddialara görə, Əli Heydərov mərhum “oğru” Aslan Usoyanın (“Ded Xasan”) klanı tərəfdindən taclandırılıb.

O daha sonra mərhum “oğru” Rövşən Canıyevlə (“Rövşən Lənkəranski”) yaxınlaşıb. Bu yaxınlıq onun Rövşən Canıyevlə başqa bir azərbaycanlı “oğru” Nadir Səlifov (“Quli”) arasındakı konfliktin iştirakçısına çevrilib.

2014-cü ilin martında Sankt-Peterburq polisi Əli Heydərova qarşı düzənlənən sui-qəsdin qarşısını alıb. Həmin vaxt iddia edilirdi ki, sui-qəsdin icraçısı İlham Hacıyev Nadir Səlifova yaxın şəxsdir.

Həmin ilin iyununda isə Əli Heydərov Türkiyənin Ədirnə şəhərində Nadir Səlifova yaxın kriminalitetlərlə, o cümlədən “Quli”nin qardaşı Namiq Səlifovla toqquşub. Əli Heydərovun mühafizəçisi bu toqquşmanın qurbanı olub, “oğru” özü isə Nadir Səlifovun adamlarından canını qurtara bilib. Məlumatlara görə, həmin münaqişədə Nadir Səlifova yaxın kriminalitetlər Əli Heydərovu “oğru” titulundan da məhrum ediblər.

Bir ay sonra isə o, Sankt-Peterurq polisi tərəfindən həbs soyğunçuluq, dələduzluq, qanunsuz sərhədi keçmə ittihamları ilə həbs edilib. Əli Heydərov bu ittihamlarla 7 il azadlıqdan məhrum olunub. Cəzasını çəkmək üçün ciddi rejimli həbsxanaya göndərilib. 2017-ci ildə isə Peterburq “oğruları” onu “oğru” kimi qəbul ediblər.

Rusiya mətbuatı yazır ki, Əli Heydərovun vaxtından tez azadlığa buraxılması səbəbsiz deyil. İddialara görə, o Moskvada “vəziyyət”ə baxan Vaqif Süleymanova alternativ hazırlanır. Vaqif Süleymanovu sıradan çıxarmaq istəyi isə onun Nadir Səlifovla konfliktə girməməsidir.

Beləliklə, yazılanlara inansaq, Əli Heydərovun azadlığa çıxması kriminal aləmdə yeni fırtınalara səbəb ola bilər.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar