Bazar ertəsi, 26 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Lotu Qulinin qardaşı qisasa hazırlaşır 

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) qətlə yetirildikdən sonra tərəfdarları bir müddət çaşqınlıq içində qalsalar da, Lotu Qulinin qardaşı Namiq Səlifov onları toparlaya bilib. 

PİA.az xəbər verir ki, 2013-cü ildə “qanuni oğru” tituluna layiq görülən və kriminal aləmdə “Namiq Bakinski” kimi tanınan Namiq Səlifov bu addımı ilə özünü layiqli varis kimi isbat edə bilib. Yada salaq ki, Lotu Qulinin qətlindən sonra onun klanına Namiq Bakinskinin liderlik edəcəyi bildirilirdi. Lakin onun varis kimi zəif fiqur olduğu barədə iddialar var idi. 

Namiq Səlifov addımları ilə bu iddiaların əsassız olduğunu ortaya qoyub. Onun ilk işi Lotu Qulinin tərəfdarlarından olan “qanuni oğru”lar Mahare Qvaramiya (Maçi) ilə Merab Mzarelua (Duyake) arasındakı qarşıdurmaya müdaxilə edərək onları barışdırmaq oldu. Hər iki “qanuni oğru”nun Namiq Bakinskinin sözünü yerə salmaması, onun təkidilə barışması varisin zəif fiqur olduğunu düşünənlər üçün gözlənilməz hadisə idi.

Məlumatlara görə, Namiq Bakinski bu olaydan sonra qardaşının digər tərəfdarlarını da özünün liderliyinə inandıra bilib. İndi hər kəs Namiq Səlifovu “böyük qardaş” kimi qəbul edir və ona Lotu Quli qədər hörmət və ehtiram göstərirlər.

Əslində Namiq Bakinskinin varis kimi uğurlu seçim olduğunu kriminal dünyaya yaxından bələd olanlar yaxşı bilirdi. Namiq Səlifov qardaşı həbsxanada olanda onun klanını idarə edən əsas şəxs olub. Digər tərəfdən, məhz o, Lotu Qulinin tərəfdarlarını Türkiyəyə toplayaraq burada ən güclü mafioz qruplarla rəqabət apara biləcək qruplaşma yaratmışdı. Namiq Bakinski həm də qardaşının rəqiblərinin sıradan çıxarılması əməliyyatlarında iştirak edirdi. Təsadüfi deyil ki, Nadir Səlifov azadlığa buraxılanda artıq onu qəbul etməyən yox idi. Yalnız Rusiya həbsxanasında cəza çəkən “qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) Lotu Qulinin nüfuz sahibi olmasından narahatlıq keçirirdi. 

Bunun da ciddi səbəbləri var idi. Nadir Səlifov uzun illər “qanuni oğru” titulunu qorumaq uğrundan mübarizə aparıb. Bütün basqılara rəğmən o bu mübarizədən qalib çıxmışdı. Özünə qarşı basqıları haqsızlıq hesab edən Nadir Səlifov başqalarının da haqqının pozulmasına imkan vermir, bütün məsələlərə ədalət prizmasından yanaşırdı. Bu isə bəzən maraqları ədalətdən üstün tutan kriminalitetləri narahat etməyə bilməzdi. 

Zaxari Kalaşov haqqında da belə iddialar var ki, o “oğru qaydaları”na riayət etsə də, bəzi hallarda maraqlarına daha çox diqqət edir. Məsələn, Lotu Quli ilə gürcü əsilli “qanuni oğru” Quram Çixladze arasındakı konfliktin ssenari müəllifinin Zaxari Kalaşov olduğu iddia edilir. Rusiya mətbuatı da bu barədə bir neçə dəfə yazıb. İki “qanuni oğru”nu üz-üzə qoymaq, özü də heç ciddi əsası olmayan, anlaşılmazlıqdan doğan insidentə görə, “oğru qaydaları”na uyğun deyil. Zaxari Kalaşovun sayəsində bu məsələ o qədər böyüdü ki, bir neçə “qanuni oğru” titulunu itirdi. Kriminal dünyadakı parçalanma daha da dərinləşdi. Hətta Canqveladze-Oniani qruplaşması Şakro Molodoyun özünün titulunu şübhə altına aldı. Yeri gəlmişkən, Lotu Quli qətlə yetiriləndə gözlər həm də Zaxari Kalaşovda idi. Onun bu qanlı aktda rolunun olub-olmaması barədə müzakirələr aparılırdı. Bu cür düşünmək üçün əsaslı şübhələr var idi.

İndi Namiq Bakinskinin bütün problemləri yenidən nəzərdən keçirdiyi deyilir. Bu həm də ona qardaşının qisasını almaq üçün lazımdır. O dəqiq bilmək istəyir ki, zərbə haradan gəlib. Yalnız bundan sonra Lotu Qulinin qisasının almaq barədə qərar verilə bilər. Namiq Bakinski bunu bacaracaqmı? Bunu zaman göstərəcək. (Yenisabah.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü 

Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır - Elçin Alıoğlu

İqor Korotçenko: “İrəvan üçün ölümcül kontrast: İnamlı İlham Əliyev və mızıldayan Paşinyan”

“Qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib”

Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - Foto

Müqavimət qırıldı - Azərbaycan Ordusu irəliləyir

ABŞ-da növbəti humanitar atəşkəs elan edildi - Sabah səhər saat 08.00-dan...

BBC rus xidməti Gəncə terrorundan yazlr: “Dəhşətdir...mən doğmalarımın tikələrini öz əlimlə yığdım...”

Kiçilən düşmən, böyüyən, bütövləşən məmləkət – İnteraktiv xəritə

loading...

Ən çox oxunanalar