Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – Skandal

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (“Lotu Quli”) “Kutaisi oğruları” arasında ciddi qalmaqal yaranıb

Rusiya mediasının verdiyi xəbərə görə, erməni əsilli Artur Atabekyana “oğru səlahiyyətləri” verməsi ilə bağlı həbsxanaya göndərilən “proqona” “Quli”nin də adı yazılıb ki, bu da azərbaycanlı “qanuni oğru”nun ciddi narazılığına səbəb olub. “Quli” hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının “proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib.

Qeyd edilir ki, bu, Arturun kriminal güc kimi təsdiqlənməsi üçün edilən ikinci cəhddir. Avqustun əvvəlində “Şakro Molodoy” bu təşəbbüsü blok edib. Arturun namizədliyini vaxtilə Ded Xasanın kurasiya etdiyi “Kutaisi qruplaşması” dəstəkləyir. “Quli” də bu qruplaşmaya dəstək verib. Amma onlar “Quli”nin izni olmadan “oğru məktubuna” onun da adını yazmaqla ciddi səhvə yol veriblər.

İddia olunur ki, “Quli” bildirib ki, indi bu cür məktublu bəyanatların yeri deyil. “Quli” bildirib ki, əvvəla, erməni kriminalla iradlar var və bu həll edilmədən onun kriminal aləmin yüksək mərtəbəsinə qəbulu yolverilməzdir. İkinci tərəfdən, indi Rusiyada “qanun i oğru”lara qarşı böyük bir savaş başlayıb və bu cür müzakirələr yersizdir. “Quli” sonda bildirib ki, "mənsiz istədiyinizi yaza və istədiyinizi edə bilərsiz".

“Quli”nin demarşından məyus olduqlarını gizlətməyən "Kutaisi" klanın bundan sonra nə edəcəyi ciddi maraq doğurur. Bildirilir ki, “Quli” indi bu yaxınlarda azadlığa buraxılan Tariel Oniani (“Taro”) və Merab Suximski ilə yaxınlaşmaqda maraqlıdır. (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar