Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lotu Quli Dubayda “lövbər salıb” – Türkiyəni tərk etmək məcburiyyətində qalıb

Rusiya KİV-nə məlum olub ki, «qanuni oğru» Nadir Səlifov (Lotu Quli) Dubayda lövbər salıb və buradan fəaliyyətini davam etdirir

Quli orada özünü müxtəlif ölkələrin, ilk növbədə, Rusiyanın güc strukturlarından tam təhlükəsiz şəraitdə hiss edə bilər. Amma Rusiyada müstəntiqlər ona çoxsaylı suallar vermək istərdilər…

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bir müddət Azərbaycanda olduqdan sonra, Səlifov bu ölkəni tər kedib və hazırda Dubaydadır. O, yaxın dövrdə orada «ləngiməyi» planlayır. Səlifovun Rusiyadakı çoxsaylı qruplaşmaların idarə olunması mərkəzi indi məhz Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşir. Nadir hər gün internet vasitəsilə onlarla rabitəyə girir və öz tapşırıqlarını verir.

Mənbənin məlumatına görə, son vaxtlar Lotu Qulinin nümayəndələri Rusiyada görünməmiş fəallığa baş vurublar – əməliyyatçılar isə onlarn «ovlanması» ilə məşğuldurlar. Bu yaxınlarda «oğru»nun adamları Dolqoprudnıda və Moskvada saxlanıb, Sverdlovski vilayətində və digər bölgələrdə isə onların görünməmiş fəallığı barədə məlumatlar yayılır. Hazırda bütün bazarlar və digər kommersiya obyektləri üzərində (əvvəllər Rövşən Caniyevin nəzarəti altında olanlar) kriminal nəzarət Səlifova keçib. Digər azərbaycanlı «qanunçular» onunla müharibəyə girməməyi üstün tuturlar. Ona müxalif olan isə təkcə Rövşənin (Lənkəranski) qohumu Zaurdur. O, yaxın vaxtlara qədər Moskvada olub. Ancaq məlum olanda ki, Qulinin adamları ona bu gün-sabah divan tuta bilərlər, Zaur qaçmağa üstünlük verib və onun «izləri itib».

Quli «oğru» dünyasının avtoritetləri ilə əlaqələri də yaddan çıxartmır. Mənbənin məlumatına görə, o, periodik olaraq Moskvadakı «qanunçular»la əlaqəyə girir və müxtəlif hadisələr barədə öz fikirlərini onlara çatdırır.

Belə ki, bu yaxnlarda o, Konstantin Borisov (Kostıl) barədə vəziyyətlə bağlı öz fikirlərini bildirib. Həbs düşərgəsində olan Borisov «kriminal general» Sulxan Mjaviya (Sulxan) və Ruslan Qeqeçkorinin (kiçik Şlyapa) tacdan məhrum edilməsi barədə «malyava» imzalayıb. Sonuncunun böyük yoldaşları təsdiqəyirlər ki, bu hərəkət islah düşərgəsi administrasiyasının xeyirinə edilib. Kostıl azadlığa çıxmazdan əvvəl Ruslan klanının nümayəndələri, ilk növbədə Roland Qeqeçkori (Roland Şlyapa) və Merab Mzarelu (Duyake) Borisovla haqq-hesab çəkmək üçün «qanuni oğru»ların düşərgəsində dəstək axtarmağa başlayıblar. Onlar o cümlədən, Səlifovun köməyinə ümid bəsləyiblər. Çünki onun da Roland Şlyapa və Duyake ilə son vaxtlar isti münasibətləri formalaşıb. 2018-ci ilin dekabrında Kostıl azadlığa buraxılıb, amma heç bir «razborka» baş veməyib.

Bu yaxınlarda Səlifov Moskva ilə rabitəsi zamanı bildirib ki, Borisovla bağlı situasiyaya müdaxilə etməyə hazırlaşmır.


Xatırladaq ki, bundan əvvəl Qulinin mənzil-qərargahı Türkiyədə olub, ancaq 2018-ci ilin payızında gözlənilmədən onu saxlayıblar. O vaxtdan üzübəri Qulinin eksdradisiyası üçün Rusiya İnterpol vasitəsilə müvafiq sənədləri iki dəfə İstanbula göndərib. Səlifov Rusiyada cinayət məcəlləsinin 126 (adam oğurluğu) və 163-cü (dələduzluq) maddələri ilə təqsirləndirilir. Ancaq Rusiya tərəfin sorğusuna Türkiyədlən heç bir cavab verilməyib. İstanbulda Qulinin Rusiyaya verilməsi üçün saxlanmadığını gizlətməyiblər. Nəticədə, onu Azərbaycana qaytarmağa üstünlük veriblər. Amma Səlifov burada da uzun müddət qalmayıb və qərara gəlib ki, BƏƏ-ə fəaliyyət göstərmək daha rahat olar. (AzPolitika.info)

pia.az


Etiket: Lotu Quli Dubay

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar