Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londondan Ekvatorial Qvineya prezidentinin harın oğluna və daha bir neçə korrupsionerə qarşı sanksiyalar

Böyük Britaniya hökuməti aralarında Ekvatorial Qvineyanın prezidentinin oğlu və eyni zamanda ölkənin vitse-prezidenti Teodoro Obianq Manqe də olmaqla bir qrup əcnəbi korrupsionerə qarşı sanksiya tətbiq edib. Onlar “inkişaf etməkdə olan ölkələrdə həyati əhəmiyyətli resursları mənimsədiklərinə görə” sanksiyalarla cəzalandırılır. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, sanksiya tətbiq edilən şəxslərin siyahısı hökumətin saytında yerləşdirilib.

Teodoro Obianq Manqe

Xarici işlər naziri Dominik Raab bəyan edib ki, Teodoro Obianq Manqe “özünün dövlət naziri qismində rəsmi maaşı ilə bir araya sığmayan harın həyat tərzini maliyyələşdirmək üçün” korrupsiya sövdələşmələrində və rüşvət sxemlərində iştirak edib.

Britaniya hökumətinin qərarında deyilir ki, Obianq korrupsiya pulları hesabına Parisdə 100 milyon dollara malikanə, 38 milyon dollara özəl təyyarə, dəbdəbəli yaxta və “Ferrari”, “Bentley” və “Aston Martin” də daxil olmaqla onlarla dəbdəbəli avtomobil alıb. Habelə prezident oğlu hərracdan Maykl Ceksonun özəl əşyalarını, o cümlədən qiyməti 275 min dollar olan, brilliant qaşlarla örtülü əlcəyi alıb. Həmin əlcəyi Maykl Cekson özünün konsert turnelərində geyinirdi.


 
Teodoro Obianq Manqenin atası Teodoro Obianq Nqema Mbasaqo Ekvatorial Qvineyanı 1979-cu ildə başçılıq etdiyi çevrilişlə hakimiyyətə gələndən bu yana idarə edir. Dünya Bankının məlumatlarına görə, son bir neçə onillik ərzində ölkə neft ehtiyatlarının istismarı sayəsində zəngin olub, amma əhalinin 76 faizindən çoxu hələ də kasıblıq həddində yaşayır.

Sanksiya siyahısına Teodoro Obianq Manqe ilə yanaşı Zimbabve və İraq vətəndaşları, habelə iki Kolumbiya vətəndaşı daxil edilib. Britaniya hökuməti bildirir ki, həmin kolumbiyalılar Aleks Nain Saab Moran və Alvaro Enrike Pulido Varqas dövlətin yoxsullara yardım proqramı çərçivəsində Venesuelaya ərzaq və digər malların təchizatı zamanı qiymətləri qaldırmaqla böyük qazanc əldə ediblər. Nəticədə “onsuz da dilənçi kökündə yaşayan venesuelalılara əlavə əzablar gətiriblər”. Sanksiya siyahısında yer alanlardan digərləri-İraqın əyalətlərindən birinin keçmiş qubernatoru (hazırda korrupsiya və mənimsəmə cinayətlərinə görə həbsdədir) Naufal Hammadi əs-Sultan  və dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan zimbabveli biznesmen Kudakvaçe Reqimond Taqvireydir.

“Bizim bu gün atdığımız addım vətəndaşların hesabına öz ciblərini dolduranlara yönəlib. Böyük Britaniya korrupsiya ilə mübarizəyə və onun dağıdıcı təsirlərinə görə məsuliyyətə cəlb etməyə sadiqdir”,-xarici işlər naziri Dominik Raab bildirib.

Sanksiyalar o deməkdir ki, siyahıya daxil edilən şəxslərin Böyük Britaniya yuridiksiyası altında olan aktivləri dondurulacaq, onların özləri isə bu ölkəyə bir daha ayaq basa bilməyəcək. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Ən çox oxunanalar