Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda 74 milyard dollarlıq şübhəli mülklər tapıldı -Sahibləri arasında azərbaycanlılar da varmı?

İngiltərədə və Uelsdə vergi sığınacaqlarında qeydiyyatdan keçmiş anonim şirkətlərə məxsus 87 min daşınmaz əmlak obyekti aşkarlanıb

Rusiya mətbuatı xəbər verir ki, bu barədə məlumat “Global Witness” korrupsiya əleyhinə qeyri-hökumət təşkilatının hesabatında əksini tapıb.

Aktivlərin dəyəri 74,3 milyard dollar həcmində qiymətləndirilir. “Global Witness” məlumatları Britaniyanın parlament komitəsinə təqdim edib. Qeyd olunur ki, hələ 2016-cı ildə ölkə hökuməti daşınmaz əmlakın son sahiblərinin reyestrini tətbiq etməyi planlaşdırırdı, lakin proses ləng gedir. Anonim mülkiyyətin 40 faizi Londonda, özü də bunların əksəriyyəti, təxminən 10 mini Vestminsterdə yerləşir.

“Getdikcə daha çox aydın olur ki, Britaniya mülkiyyəti oğurlanmış pulların yuyulması və qarəti üçün cinayətkarların və korrupsionerlərin ən sevimli alətlərindən biridir”, - “Global Witness”in nümayəndəsi Ava Li deyir.

Təşkilatda bildiriblər ki, onların araşdırmaları cinayətkarların və korrupsiyaya bulaşmış siyasətçilərin öz gəlirlərini gizlətmək və özlərinə, ailələrinə təhlükəsiz sığınacaq təmin etmək üçün Britaniyanın daşınmaz əmlak bazarından istifadə etmələrini dəfələrlə nümayiş etdirib.

Qeyd edək ki, bu ilin əvvəllərində Böyük Britaniyada dələduzluq, korrupsiya və pulların yuyulması ilə mübarizə məqsədilə xüsusi qrupun formalaşdırılmasına başlanıb. Həmin qrup ilk növbədə Rusiyadan, keçmiş sovet respublikalarından, Asiya və Nigeriyadan maliyyə axınarına nəzarət edəcək. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar