Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lökbatan qəsəbəsində yeni salınmış növbəti abad məhəllənin açılışı olub - Foto

Oktyabrın 7-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Lökbatan qəsəbəsinin Nizami küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib...

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və rayon İcra hakimiyyəti başçısının səyyar qəbul-görüşündə Lökbatan qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib.

Açılış mərasimində rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunublar.

Yeni salınmış abad məhəllə orada yerləşən beşmərtəbəli, onbloklu binada yaşayan 100 ailənin istifadəsinə verilib.

Aparılmış abadlıq işləri çərçivəsində binanın giriş qəfəsləri təmir edilib, boyanıb,  işıqlandırma sistemi çəkilib, 10 ədəd dəmir qəfəs qapıları quraşdırılıb, dəmir barmaqlıqlar rənglənib. Salınmış abad məhəllədə 1000 kv metr sahəyə qazon döşənib, 250 kub münbit torpaq daşınıb. Binanın ətrafına 5500 kvadrat metr asfalt örtüyü vurulub. 2600 metr uzunluğunda asfalt üstü üfüqi xətlər çəkilib.

Ümumilikdə görülmüş abadlıq işləri çərçivəsində bu ərazidə 160 kvadrat tamet, 500 kvadrat aqlay daşları döşənib, 300 metr səki daşı quraşdırılıb,  2000 metr dam örtüyü salınıb, 12000 kvadrat metr boyaq işi görülüb. Abad məhəlləyə yaxın ərazilərdə fərdi yaşayış evlərinin divarları suvanıb və boya ilə rənglənib.

Salınmış abad məhəllədə 2 kölgəlik , 7 oturacaq , 2 uşaq sürüşkəni quraşdırılıb.

Binanın ətrafında Eldar şamı, aleandra və müxtəlif bəzək ağacları əkilib. Salınmış yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi üçün 200 m su xətti çəkilib.

Açılış mərasimində iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.

Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.

Gülyanaq İsmayılqızı

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar