Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lökbatan qəsəbəsində yeni salınmış abad məhəllənin açılışı olub - Qaradağda

Sentyabrın 9-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Lökbatan qəsəbəsinin Ə.Məmmədov küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak edib...

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və rayon İcra hakimiyyəti başçısının səyyar qəbul-görüşündə Lökbatan qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilib və sakinlərin istifadəsinə verilib.

Açılış mərasimində rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.

Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunublar.

Yeni salınmış abad məhəllə orada yerləşən beşmərtəbəli, altıbloklu binada yaşayan 60 ailənin istifadəsinə verilib.

Aparılmış abadlıq işləri çərçivəsində binanın giriş qəfəsləri təmir edilib, boyanıb və işıqlandırma sistemi çəkilib, 6 ədəd dəmir qəfəs qapıları quraşdırılıb, dəmir barmaqlıqlar rənglənib. Salınmış abad məhəllədə 2000 kv metr sahəyə qazon döşənib, 400 kub münbit torpaq daşınıb. Binanın ətrafına 5500 kvadrat metr asvalt örtüyü vurulub. 1500 metr uzunluğunda asfalt üstü üfüqi xətlər çəkilib.

Ümumilikdə görülmüş abadlıq işləri çərçivəsində bu ərazidə 300 kvadrat tamet, 800 kvadrat aqlay daşları döşənmiş, 1500 metr səki daşı quraşdırılmış, 6000 kvadrat metr boyaq işi görülmüşdür. Abad məhəlləyə yaxın ərazilərdə fərdi yaşayış evlərinin divarları suvanmış və boya ilə rənglənmişdir.
Salınmış abad məhəllədə 5 kölgəlik , 6 oturacaq , uşaq sürüşkəni ,uşaq yelləncəyi və tərəzisi, uşaqlar üçün turniklər quraşdırılmışdır.
Binanın ətrafında 300 Eldar şamı, 100 aleandra, müxtəlif bəzək ağacları əkilmişdir. Salınmış yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi üçün su xətləri çəkilib.

Açılış mərasimində iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.

Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar