Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyaya silah daşıyan gəmiyə müdaxilə oldu, Türkiyə Fransa gəmisini hədəf aldı

Fransanın Müdafiə Nazirliyi iyunun 17-də Türkiyənin hərbi gəmilərinin Fransanın NATO missiyasında olan hərbi gəmisinə qarşı “son dərəcə aqressiv” hərəkətlərini pisləyib...

France24 telekanalı bildirir ki, Türkiyə bu ittihamları rədd edib.

Xəbərdə deyilir ki, fransalı dənizçilər BMT embarqosunu pozaraq Liviyaya silah daşımasından şübhələndikləri bir gəminin yükünü yoxlamağa çalışırdılar. Bu zaman Türkiyə hərbi gəmilərinin Fransa gəmisini radar tuşlaması ilə üç dəfə nişan aldıqları məlum olub.

Fransa nazirliyinin adının çəkilməsini istəməyən rəsmisinin dediyinə görə bu, Türkiyə gəmilərinin atəş açmaq niyyətində olduqlarını göstərirdi:

"Müttəfiq gəmisi tərəfindən NATO gəmisinə qarşı bu son dərəcə aqressiv akt qəbuledilməzdir. Biz bunu son dərəcə ciddi insident hesab edirik. Biz bir müttəfiqin bu cür davranışını, NATO komandanlığı altında NATO missiyasını həyata keçirən bir NATO gəmisinə qarşı belə hərəkətini qəbul edə bilmərik”.

İyunun 17-də habelə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Agnès von der Mühll Türkiyənin Liviyaya qarşı BMT embarqosuna nəzarət edən NATO müttəfiqinə mane olmasını qətiyyətlə pisləyib.Sözçü əlavə edib ki, bu embarqonun pozulması Liviyada sülh və stabilliyin əldə edilməsinə başlıca maneədir.

Bir neçə həftə bundan əvvəl baş vermiş bu insident barədə məlumat NATO müdafiə nazirlərinin iyunun 17-də video bağlantısı ilə keçirdikləri müşavirədə bəlli olub.

Türkiyə onun hərbi gəmilərinin Fransa hərbi gəmisini qısnamasına dair ittihamları “tam bir yalan” adlandıraraq təkzib edib. Türkiyənin vəzifəli hərbi rəsmilərindən biri “Reuters “agentliyinə bildirib ki, Fransanın hərbi gəmisi insidentin qarşısının alınması üçün kommunikasiyaya daxil olmayıb:

"Türkiyə bir müttəfiq kimi öz öhdəliklərini günü bugün də, həmişə olduğu kimi icra edir. Kədərlidir ki, bu məsələ bu səviyyəyə gəlib çıxıb”.

Son vaxtlar Liviyadakı münaqişədə tutduqları mövqelərə görə Fransa və Türkiyə arasında gərginlik son həddinə çatıb.Türkiyə Liviya münaqişəsində ölkənin BMT tərəfindən tanınmış hökumətini, Fransa isə dəfələrlə inkar etməsinə baxmaraq, qanuni hökumətə qarşı çıxan general Khalifa Haftarın qüvvələrini dəstəkləyir.

Haftarın 14 ay davam edən hücumunun qarşısı Türkiyənin birbaşa hərbi dəstəyi ilə alınıb və generalın qüvvələri ölkənin qərb hissəsindən geri oturdulub. Bu həftə Ankara Fransanın onun Liviya hökumətini silahlarla təchiz etməsini pisləməsini qeyr-məqbul adlandırıb.

Lakin Fransa XİN iyunun 17-də bəyan edib ki, Türkiyə və Liviyanın Misrata limanı arasında fasiləsiz hərəkət edən gəmiləri bəzən Türkiyə döyüş gəmilərinin müşayiət etməsi stabilliyə xidmət etmir.

Bu arada Türkiyənin yüksək səviyyəli hökumət nümayəndə heyəti Liviyaya qəfil səfər edib. Nümayındə heyətinə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşğlu, maliyyə naziri və Recep Tayyip Ərdoğanın kürəkəni Berat Albayrak və Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan başçılıq edirlər.

Xəbər verilir ki, iyunun 17-də Türkiyə nazirləri və Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz al-Sarraj Liviyadakı “siyasi böhranı və onun çözülməsi yollarını” müzakirə ediblər.

Bu da xəbər verilir ki, danışıqlar zamanı Türkiyə şirkətlərinin Liviyaya qayıtması məsələsi də müzakirə olunub. 2011-ci ilədək Türkiyənin tikinti şirkətləri Liviya ilə bir sıra böyük kontraktlar imzalamışdılar. Lakin bu əməkdaşlıq Liviyada Muammar Qəzzafinin devrilməsi ilə yarımçıq qalıb.(Virtualaz.org)

pia.az

 

 


Etiket: Türkiyə Fransa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Ən çox oxunanalar