Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyada görünməz olan ABŞ artıq ifşa oldu...

Həftarın Liviyada sülh istədiyini düşünmək sadəlövhlük olardı. Bəzi köşə yazarları ABŞ-ın Liviya məsələsində “görünməz” olduğunu və bu vəziyyətin narahatlıq verdiyini düşünürlər...

Bülent Orakoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 22 yanvar 2020-ci il

Liviyada qanuni olaraq seçilmiş Milli Barışıq Hökuməti və Həftar arasında təxminən 10 ildir ki, qanlı vətəndaş müharibəsi gedir. Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin daxil olduğu Liviyanın qanuni hökumətinin Körfəz şəbəkəsi (ABŞ və İsrail) tərəfindən dəstəklənən Həftar Liviyanı ələ keçirməyə çalışarkən Türkiyə araya girərək bu oyunu pozmuşdu. Kipr Yunan Rəhbərliyi ilə Yunanıstan ABŞAvropa Birliyini ilə birgə Şərq Aralıq dənizini “bölüşdürmək” istəyərkən Türkiyədən duruma müdaxilə edib. Türkiyə ilə Liviya arasında “Dəniz Səlahiyyət Sahələrinin Məhdudlaşdırılması, Təhlükəsizlik və Hərbi Əməkdaşlıq” müqavilələri imzalanıb. Türkiyənin Tripolidəki Milli Barışıq Hökumətinin hərbi yardım tələbini qəbul etdiyini və lazım gəlsə, Liviyaya hərbi dəstək verəcəyini açıqlaması Aralıq dənizində Körfəz şəbəkəsini və Həftarı çox təəccübləndirmişdi. Hüquqi bir statusu olmayan Nümayəndələr Palatası və Həftara bağlı olan Liviya Milli Ordusu Twitter-dan verdiyi açıqlamada sanki, qanuni hökümətlə müharibə edərək höküməti devirməyə çalışan onlar deyilmiş kimi “Vətəni qorumaq xalqın borcudur” deyərək sivilləri türk qüvvələrinə qarşı silahlanmaya çağırıb.

Bu şəraitdə Türkiyə və Rusiyanın liderliyində tərəflər Liviyada daimi bir atəşkəs əldə etmək üçün Moskvada danışıqlar apararkən Həftar imza belə atmadan reaktiv təyyarə ilə BƏƏ-yə qaçıb. Xəlifə Həftar Almaniyanın Xarici İşlər naziri Hayko Mas vasitəsilə tezliklə Almaniyanın paytaxtı Berlində keçiriləcək Liviya konfransında iştirak edəcəyini və hazırkı atəşkəsi davam etdirməyə hazır olduğunu bildirib. Ancaq ABŞ və İsrail tərəfindən gizlincə, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən isə açıq şəkildə dəstəklənən Körfəz şəbəkəsi Suriyada və Liviyada, eləcə də İraqda sülh istəmir. Buna görə, Həftarın Liviyada sülh istədiyini düşünmək sadəlövhlük olardı. Bəzi köşə yazarları ABŞ-ın Liviya məsələsində “görünməz” olduğunu və bu vəziyyətin narahatlıq verdiyini düşünürlər. Lakin ABŞ Xarici İşlər naziri Pompeonun Berlin konfransında Liviya ilə bağlı bəzi fikirlərinin Həftarla üst-üstə düşməsi ABŞ-ın Həftarı dəstəkləyəcəyini açıq şəkildə göstərir. Nazir Pompeonun Berlin görüşündəki əsas fikirləri Liviyadakı prosesin siyasi və diplomatik həlli və ölkədəki xarici hərbi müdaxilələrin sona çatması ilə bağlı idi. Həftarın Moskvadan qaçdığı sammitdə ruslara “Xarici qüvvələrin geri çəkilməsinə icazə verin” deməsi görünməz Amerikanı ifşa edib.

Prezident Ərdoğan Berlində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Ərdoğan: “Siyasi prosesin digər mərhələlərinin həyata keçirilməsi üçün Həftarın təcavüzkar mövqeyi sona çatmalıdır”, deyib. Rusiya prezidenti Vladimir Putin isə Liviya böhranı məsələsində Türkiyə və Rusiyanın uğurlu işləri sayəsində Berlində beynəlxalq bir konfrans edildiyini vurğulayıb və: “İşlərə davam edəcəyik və bu qarşıdurmanı bitirəcəyik”, deyib.

Berlin Konfransında 55 bəndlik bir bildiriş qəbul edilib. Liviyada mübarizə aparan Sərrac və Həftar Komitəsi yaxın günlərdə görüşəcək. Türkiyə və Rusiyanın atdığı addımlar atəşkəs zəmini yaradıb.

Prezident Ərdoğan: “Türkiyə olaraq biz Liviyanın BMT tərəfindən tanınan, qanuni hökumətini tamamilə dəstəkləyirik. Sonuncu dəfə imzaladığımız təhlükəsizlik və hərbi əməkdaşlıq müqavilələri çərçivəsində Liviya hökumətini əks-inqilabçılardan qorumağı öhdəmizə götürdük. Bu baxımdan Liviyanın təhlükəsizlik qüvvələrinə təlim keçəcək, onların terrorçuluq, insan alveri və beynəlxalq təhlükəsizlik kimi ciddi təhdidlərlə mübarizəsinə dəstək verəcəyik”.

Berlin Konfransında iştirak edən ölkələr Türkiyə misalında olduğu kimi müstəmləkəçi strategiyalar əvəzinə, Liviya xalqının sülh və təhlükəsizliyini ön plana çıxarmış olsalar, bu müharibə nəinki 10 il, heç 10 gün də çəkməzdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar