Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviya sahəsində yeni tapmaca: türk hərbi bazasını kim bombalayıb?

Şənbə-bazar günləri gecə naməlum təyyarələrin qəfil hava zərbəsi nəticəsində Liviyadakı əl-Vatiyyə bazasında Türkiyə hava hücumundan müdafiə sistemləri məhv edilib və ya zədələnib. Bu barədə yerli mənbələrə istinadən bir neçə media dərhal məlumat yayıb. Bazada olan türk hərbçilərinin hansı itkilərə məruz qaldığı bilinmir. Xəlifə Həftərin Liviya Milli Ordusunun (LMO) hücuma görə məsuliyyət daşıdığı iddia edilir...

Gennadi Petrov

“Nezavisimaya qazeta”, 05.06.2020

Bazaya hücum Türkiyənin müdafiə naziri Hulusi Akar və Baş Qərargahın rəhbəri Yaşar Gülərin Tripoliyə səfərindən dərhal sonra həyata keçirilib. Orada rəsmi Ankaranın dəstəyini alan Fəyyaz Sərracın Milli Birlik Hökumətinin (MBH) rəsmiləri ilə görüşlər keçiriblər.

Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, Akar və Gülərin ziyarətinin məqsədi “əvvəllər imzalanmış memorandumlarla əlaqəli fəaliyyətlərlə tanış olmaq” olub. Onlardan biri, Türkiyə ilə MBH arasındakı hərbi əməkdaşlıqdır. Sənədə görə, Sərracın qoşunlarında türk təlimçiləri və məsləhətçiləri var.

Liviyanın qərbində, Tripolidən 140 km məsafədə yerləşən əl-Vatiyyə bazası tərəflərin təmaslarında xüsusi yer tutur. 2014-cü ildən bu yana o, Həftər qüvvələrinin nəzarəti altında olub. Buradan onun təyyarələri Liviyanın paytaxtına və sahilboyuna hücumlar edib. May ayında MBH böyük hərbi uğur olaraq əl-Vatiyyəni ələ keçirə bilib. Bunun ardınca KİV-də Türkiyənin burada iki daimi hərbi bazasından birini yaratmaq istədiyi bildirilib. İkinci baza Misuratada olmalıdır. Orada türklər hərbi dəniz bazası yaratmaq niyyətindədirlər.

Kütləvi informasiya vasitələrində Türkiyə bazalarının təşkili ilə bağlı bu günə qədər nə Sərracın, nə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi açıqlaması olsa da, Həftər qüvvələrinin nümayəndələri iddia edib ki, ən azı iyun ayının ortalarında türk qüvvələri və texnikası əl-Vatiyyəyə yerləşməyə başlayıblar. LMO komandanlığının açıqlamasına görə, bazada artıq türk radarları, “Koral” elektron döyüş sistemləri və “MIM-23 Howk” hava hücumundan müdafiə sistemləri var. Bütün bunları bir gecə hava zərbəsi ilə məhv etməyə çalışıblar. Həmləyə məruz qalan 8 hədəf olub.

LMO komandanlığı əl-Vatiyyəni “naməlum təyyarələr”in bombaladığını deyir. TASS “Liviya hərbi mənbəsinə” istinadən xəbər verir ki, hücumu Həftərin təyyarələri həyata keçirib. İddiaya görə, onlar əl-Cufra bazasından havaya qalxıblar.

“Düzü, Həftər ordusunda uçan nəyinsə olduğuna təəccüb edirəm”. Bunu Dünya İqtisadiyyatı və Siyasəti Məktəbi şərqşünaslıq fakültəsinin müəllimi Andrey Çuprıgin deyib.

Bununla əlaqədar xatırladaq ki, AFRICOM (ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı) mayın 26-da bəyanat yayıb. Bəyanatda bildirilir ki, LMO Rusiyadan “MiG-29”, “Su-35” qırıcıları və “Su-24” cəbhə bombardmançılarını alıb.

İddialara görə, onlar əvvəlcə Suriyaya, Xmeymim bazasına, oradan da Liviyaya köçürülüb. Amerikalılar ümumən Rusiya hərbi qüvvələrinin Həftərə 14 təyyarə təhvil verdiyini və öz nişanlarını çıxardıqğını söyləyirlər.

Xarici işlər nazirinin müavini Mixail Boqdanov Misirin “əl-Əhram” qəzetinə verdiyi müsahibədə bunun doğru olmadığını deyib: “Liviyada uzun müddətdir işləyən texnika Rusiyanın son tədarükü kimi qələmə verilir”.

Əl-Vatuyyə aviabazasında nə qədər türk əsgərinin öldüyü və ya ölmədiyi məlum deyil. Ərdoğan sonuncu dəfə bu ilin fevral ayında Liviyada əsgərlərinin itkisini etiraf edib: “Həftər ordusu ilə döyüşdə bir neçə qəhrəmanımızı şəhid verdik”. Eyni zamanda, Ərdoğan LMO-nun itkilərini “təxminən 100 muzdlu” olaraq qiymətləndirib.

Çuprıginin sözlərinə görə, çox güman ki, əl-Vatəyyəni, həqiqətən, müttəfiqlər deyil, Həftər qüvvələri bombalayıb. Doğrudur, məsələn, Misir əvvəllər Liviya vətəndaş müharibəsinə birbaşa müdaxilə etməyə hazır olduqlarını bildirib.

“Akarın səfərindən dərhal sonra Türkiyə ordusunun olduğu bazaya hücum – bu, əlbəttə, Türkiyəyə xəbərdarlıqdır. Məqsəd türklərin Liviyada istədiklərini edə bilməyəcəyini göstərməkdir. Amma xəbərdarlığın məqsədinə çatması ehtimalı azdır. Türklər bu qarşıdurmaya müdaxilə etdikləri zaman itki verəcəklərini açıq şəkildə anlayıblar. Buna görə də, bir bombalama onları sarsıtmaz. Bəli, bazanı bombalayıblar. Lakin bu cəbhədəki vəziyyəti dəyişməyib. Həftərın perspektivləri hələ dumanlıdır. Əlbəttə, Sərraca ölkənin şərqində qucaq açmayacaqlar. Onun bir çox problemi var, amma bu günə qədər vəziyyət onun xeyrinə inkişaf edir”, – deyə Çuprıgin şərhini tamamlayıb.

Tərcümə: Strateq.az

pia.az


Etiket: Liviya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar