Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviya ilə bağlı Berlin görüşünün nəticələri... - Politoloqdan şərh

Xaftarı bu razılaşmanı imzalamağa qomayan hansı gücdür və bunu sırf Türkiyəyə qarşı atılan addım kimi dəyərləndirmək olarmı?..

Politoloq: “Liviyada möhkəm sülhün və əmin-amanlığın yaradılması çox uzaq görünür”.

“Xaftarı bu razılaşmanı imzalamağa qoymamağı Türkiyəyə qarşı atılan addım kimi dəyərləndirmək olar”.

Bu sözləri politoloq Qabil Hüseynli Liviya ilə bağlı keçirilən Berlin görüşünü və görüşün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Almaniyada Liviya ilə bağlı beynəlxalq görüş keçirildi. Görüşdə Liviya müharibəsində olan tərəflərin nümayəndələri və bəzi ölkələrin yüksək vəzifəli şəxslər iştirak etdi.

Almaniya kansleri Angela Mekelin dəvəti ilə toplantıya ABŞ da daxil olmaqla, on iki ölkənin liderləri qatıldı. Liderlər arasında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və ABŞ-ın dşvlət katibi Mayk Pompeo və digərləri olub. Görüşdə Avropa Afrika, Ərəb Birliklərindən nümayəndələr və Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri də qoşulub.

İclasda iştirak edən ABŞ dövlət katibi Mayk Pompeo Berlin görüşü haqqında atdığı tvitində qeyd edib ki, görüşün məqsədi Liviya böhranı ilə bağlı qarşıdurmanın dayandırılmasına dair mümkün yolları tapmaqdır.

O da məlumdur ki, Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar Moskvada olduğu kimi, Berlində də razılaşmanı imzalamadan Berlindən də gizlicə qaçıb.

Liviya ilə bağlı Berlin görüşünün nəticələrini necə şərh etmək olar və qlobal beynəlxalq güclərlə birlikdə böyük masaya oturan Türkiyənin Liviyadakı mövqeləri ilə bağlı nə demək mümkündür? Həmçinin Xaftarı bu razılaşmanı imzalamağa qomayan hansı gücdür və bunu sırf Türkiyəyə qarşı atılan addım kimi dəyərləndirmək olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Xəlifə Xaftarın və Misirin prezidenti Əbdül Fəttah əs-Sisinin hərəkətlərinə baxanda görünür ki, hələ Liviyada real atəşkəsə nail olmaq çox çətin olacaq”.

Bir sıra Avropa dövlətləri, başda Fransa olmaqla Ərəb ölkələrinin bir qisminin Türkiyəni Liviyadan sıxışdırıb çıxarmaq istədiklərini düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bu nöqteyi nəzərdən Berlin görüşü tam məqsədlərə çatmayıb:

“Berlində atəşkəsə dair bir razılaşma əldə edildi. Amma Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftarın və Misirin prezidenti Əbdül Fəttah əs-Sisinin hərəkətlərinə baxanda görünür ki, hələ Liviyada real atəşkəsə nail olmaq çox çətin olacaq.

Həmçinin də bir sıra Avropa dövlətləri, başda Fransa olmaqla Ərəb ölkələrinin bir qismi Türkiyəni Liviyadan sıxışdırıb çıxarmaq istəyirlər. Bu nöqteyi nəzərdən demək olar ki, Berlin görüşü tam məqsədlərə çatmayıb. Liviyada möhkəm sülhün və əmin-amanlığın yaradılması çox uzaq görünür. Bu sülh üçün beynəlxalq təşkilatlar başda olmaqla Ərəb dövlətləri var gücləri ilə cəhd etməlidirlər.

Xaftarı bu razılaşmanı imzalamağa qoymamağı Türkiyəyə qarşı atılan addım kimi dəyərləndirmək olar. Əsasən bu məsələdə Türkiyəyə qarşı çıxan Misir, Səudiyyə Ərəbistanı dövlətləridir və burada Fransanın da Türkiyəyə qarşı çıxdığını görürəm. Həmin dövlətlərin də Türkiyəyə qarşı çıxmağında əsas məqsəd Xaftara dəstək verməkdir. Həmin həmin dövlətlər Türkiyənin Liviyaya ayaq açmasını istəmirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar