Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Livan və Suriyada qisas necə həyata keçiriləcək? – Rusiya bunu istəmir, Türkiyə də...

Co Makaron

“Əl-Cəzirə”, 13.01.2020

 

Yanvarın 3-də ABŞ-ın pilotsuz uçan aparatı ilə Livan və Suriyaya səfərindən sonra Bağdada gəlmiş İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) “Qüds” Qüvvələrinin rəhbəri general Qasim Süleymani öldürülüb. Yanvarın 8-də İran rejimi Amerikanın İraqdakı hərbi bazalarına ballistik raketlər ataraq qisas alıb.

Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurma yaxın gələcəkdə qeyri-mümkün olsa da, Livan və Suriya üçün mövcud eskalasiyanın hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı suallar yaranır, xüsusən Süleymani İranın Levantda genişlənməsinin əsas memarı olduğundan. Bununla birlikdə İranın Livan və Suriyada cavab tədbirləri məhdudiyyətlərlə üzləşə bilər.

Süleymani ilə yaxın əlaqəsi olan “Hizbullah”ın baş katibi Həsən Nəsrullah sui-qəsddən sonra açıq danışan ilk vəkil lider idi. Yanvarın 5-dəki çıxışında o, ABŞ qüvvələrinin bölgəni tərk etməsinin vaxtı çatdığını və hərbi mövqelərinə (mülki şəxslərə deyil) hücum etmənin vacibliyini bildirib.

O, həmçinin açıq şəkildə deyib ki, İranın rəhbərlik etdiyi və “Hizbullah”ın da daxil olduğu “müqavimət oxu” üzvləri, Tehranın nə etməsindən asılı olmayaraq, ABŞ-a necə cavab verəcəklərinə müstəqil qərar verəcək.

Yanvarın 12-dəki ikinci çıxışında Nəsrullah ABŞ qüvvələrini qovmaq üçün “müqavimət oxu”nun işə başlamağının vaxtı çatdığı”nı açıqlayıb.

2006-cı ildən bəri “Hizbullah” ABŞ-ın Livan banklarına və “Hizbullah”la əlaqəli müəssisələrə qarşı tətbiq etdiyi sanksiyalar ucbatından İran rejimindən maliyyə baxımından daha çox asılı olsa da, muxtariyyətini saxlayır.

Yanvarın 9-dakı çıxışında İİKK Hərbi Hava Qüvvələrinin komandiri Əmir Əli Hacızadə İranın etibarlı şəxslərindən tədbir gözlədiyini açıqlayıb. İranın dəstəklədiyi silahlı hərəkatların, o cümlədən “Hizbullah”ın bayraqları qarşısında çıxış edərək, qisasın növbəti addımını “müqavimət cəbhəsi”nin atacağını söyləyib.

“Hizbullah”ın imkanları, təcrübəsi var. Samir Abdullahın rəhbərlik etdiyi dövrdən xaricdə gizli fəaliyyət daxil olmaqla. Amma Süleymaninin öldürülməsi üçün qisas olaraq görülən istənilən əməliyyatda itki qazancdan daha çoxdur.

Livanda və ya ondan kənarda ABŞ və ya İsrailə qarşı hərbi addımlar atmaq ölkədəki ağır iqtisadi böhranı və ictimai məyusluğu artıracaq.

Mişel Aunun prezident və Səad Həririnin baş nazir seçilməsinə səbəb olan səliqəli ABŞ-İran anlaşması hazırda pozulub. Həriri ötən il oktyabrın 29-da ictimai təzyiq altında istefa versə də, “Hizbullah”la əlaqələrini kəsməyib və bəzi məqamlarda geri dönmək üçün ümidli görünür. Güman ki, Həririnin əsas regional dəstəkçisi olan Səudiyyə Ərəbistanı Livanda böyük rol oynamağa, yaxın gələcəkdə İranla gərginliyin artmasına heç bir əhəmiyyət vermir.

Bununla belə, ABŞ-İran gərginliyi kabinetin formalaşdırılması prosesini çətinləşdirə bilər.

“Hizbullah” və müttəfiqləri veteran siyasətçiləri texnokratlarla əvəz etməyə can atmırlar – etirazçıların tələb etdikləri kimi, – çünki regional inkişaflar Livan hökumətindən müəyyən xarici siyasi mövqelər tələb edəcək. Həriri və ya ABŞ yeni kabineti “Hizbullah” tərəfdarı kimi qəbul edərsə, bu ölkədə siyasi gərginliyə səbəb ola bilər.

Bu arada, Livanın qonşusu Suriyada hər hansı qisas tədbiri də dayandırıla bilər.

“Hizbullah” Suriyadakı rolunu əhəmiyyətli dərəcədə azaltsa da, qismən ya Suriyanın şimal-şərqində, ya da İraq yaxınlığında və ya İordaniya-Suriya sərhədindəki əl-Tanf hərbi bazasındakı ABŞ qüvvələrinin zəif nöqtələrini axtara bilər. Lakin bu, ABŞ-ın cavab hava zərbələri ilə qarşılaşacaq.

İran da Suriyada hərəkətə keçə bilər, xüsusən İsrail təyyarələrinin son dəfə yanvarın 10-da İraq-Suriya sərhədindəki Bukamal bölgəsində zərbələrinə cavab olaraq. İsrailin Suriyadakı təcavüzkar əməliyyatları Tehranı hücum durumuna keçməyə sövq edə bilər.

Ancaq həm “Hizbullah”, həm də İran Rusiyanın hakim rolu ilə məhdudlaşdırılacaq.

Yanvarın 7-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə getməzdən əvvəl Suriyada olub. Bu, Rusiyanın ABŞ-İran qarşıdurmalarını Suriyaya keçirməsinə icazə verməyəcəyini xatırlatmaq məqsədi daşıyırdı. İran Suriyadakı ABŞ qüvvələrini hədəf almağa qərar verərsə, bu, onun Rusiya ilə əlaqə və rəqabətini çətinləşdirə bilər.

Moskva son nəticədə ABŞ qüvvələrinin Suriyanı tərk etməsini istəsə də, indi bunun öz nəzarətində baş verməsini istəmir. Bundan əlavə, İranın Suriyada ABŞ-a qarşı hərəkəti, Suriyanın şimal-şərqindəki mövcud tənzimləmələri nəzərə alaraq, Türkiyəni qəzəbləndirə bilər və bu, İranın maraqlarına xidmət etmir, çünki Ankara ən azı Süleymaninin öldürülməsindən sonra Tehrana dəstək verib. Suriyada İranın dəstəklədiyi qruplar da böyük hücum həyata keçirmək üçün yetərincə hazır deyil.

Livan, Suriya, Yəmən və İraqdakı İran dəstəkli qrupların liderləri ilə yaxın münasibətlər qurmağa kömək edən Süleymaniyə qəsd İranın bölgədəki nüfuzuna zərbədir. Bununla birlikdə, onun “Qüds” Qüvvələrinə rəhbərlik təkadamlıq şou deyil və İran qurumları etibarlı liderlərlə ünsiyyət irsini davam etdirəcək.

Eyni zamanda, Tehranın qızğın ritorikasına baxmayaraq, ABŞ və ya ABŞ-ın Livan və Suriyadakı maraqlarına qarşı hərbi təpki ehtimalı az görünür. Əslində, həm ABŞ, həm də İran təcavüzkar taktikalara üstünlük verməyəcək. Manevr üçün imkan azdır.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar