Prezident bu haqda sərəncam imzalayıb...
Prezident İlham Əliyev Litvin İbiş oğlu Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
PİA.AZ-ın xəbərinə görə, sərəncamla Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə L. Abasova Prezidentin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. (APA)
pia.az