Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Litva Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb...

PİA.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Sizi və xalqınızı Azərbaycanın müstəqilliyinin 102-ci ildönümü və Ramazan bayramı münasibətilə təbrik edirəm. Bütün dünyanın pandemiya ilə üzləşdiyi bir vaxtda ölkənizə və xalqınıza həmrəylik, müqavimət və şəfa arzulayıram.

Litva və Azərbaycan arasında münasibətlərin getdikcə möhkəmlənməsindən çox şadam. Bizim videobağlantı formatında son danışığımız da göstərdi ki, maraq olan yerdə fəal ikitərəfli əməkdaşlıq mümkündür. Ümid edirəm ki, keçirilməsi planlaşdırılan Litva-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında iqtisadi əlaqələrin inkişafını müzakirə etmək imkanımız olacaqdır.

Azərbaycanın və Litvanın informasiya texnologiyaları, nəqliyyat, mebel və qida sənayesi, tibb və təhsil sahələrində böyük potensialı var. Qəti əminəm ki, bütün dünyaya yayılmış pandemiya aradan qalxdıqdan sonra xalqlarımız üçün turizm sahəsində daha geniş əməkdaşlıq imkanları yaranacaqdır.

Hazırda Azərbaycan Türk Şurasında və Qoşulmama Hərəkatında sədrlik edir. Sizin təşəbbüsünüzlə videobağlantı şəklində çoxtərəfli formatda Zirvə görüşləri uğurla keçirildi.

AzərbaycanAvropa İttifaqı arasında münasibətlər Litva üçün çox önəmlidir. Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq sazişi ilə bağlı danışıqların yekunlaşdırılması bu əlaqələrin möhkəmləndirilməsinə uyğun addım olardı. Litva Azərbaycanın Avropa İttifaqı ilə fəal dialoqunu və Şərq Tərəfdaşlığı ölkələrinin Avropa İttifaqı dövlətləri ilə müzakirələrini dəstəkləməyə hazırdır.

Zati-aliləri, Sizi milli bayram münasibətilə bir daha təbrik edirəm.

Xahiş edirəm, Sizə olan ən dərin ehtiramımı qəbul edin”. (APA)

pia.az

 

 


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar