Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liqaçovla Qorbaçov Qarabağda nəyi “bölə bilməyiblər...”

Siyasi Büro üzvünün Bakıda “Qarabağ həmişə Azərbaycanın tərkib hissəsi kimi qalacaq” deməsi SSRİ rəhbərinin planlarını pozub, yoxsa...
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu 2783 nəfər şəhid verərək, həm Dağlıq Qarabağda, həm də ətraf rayonlarda ərazi bütövlüyümüzü təmin etdi. SSRİ rəhbərliyinin 1987-ci ilin sonlarında Qarabağda başlanan separatizm hərəkatının qarşısını almaması nəticəsində yaranan hərbi qarşıdurma 2020-ci ilin noyabrında Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Halbuki 1988-ci ildə bu problemi təməlli həll edib aradan qaldırmaq da mümkün idi. Amma təəssüf ki, bu sahədə həm Azərbaycan, həm də SSRİ rəhbərləri heç bir təsirli tədbirlər görmədilər.

Rusiya mediası Sovet İttifaqının son illərində rəhbərliyində olmuş, hazırda da yaşayan Yeqor Kuzmiç Liqaçov haqda maraqlı məqalə dərc edib. Məlumdur ki, Liqaçov uzun illər Sibir bölgəsinə rəhbərlik edib. Uğurlarına görə baş katib Leonid Brejnev dəfələrlə onu Moskvaya- Mərkəzi Komitəyə dəvət edib, Fransa, Macarıstan və ya Kubada səfir olmağı təklif edib. Amma Liqaçov bunlardan imtina edib. Yalnız 1983-cü ildə Brejnevin ölümündən sonra xələfi Yuri Andropov Liqaçovu Mərkəzi Komitəyə - şöbə müdiri vəzifəsinə gətirə bildi.

Sovet İttifaqının çöküşünə yaxın - Mixail Qorbaçovun hakimiyyəti illərində isə Liqaçov ölkədə ən ciddi millətlərarası münaqişələrdən birini - Dağlıq Qarabağ qarşıdurmasınında əsas simalardan biri oldu.

1988-ci ilin yazında Qorbaçov erməni millətçiliyinin qarşısına almaq əvəzinə, yalnız vaxt uzadır və nəticədə ermənilər daha da azğınlaşırdılar. Belə bir vaxtda - 1988-ci ilin 21 mayında AzərbaycanErmənistan rəhbərləri vəzifədən uzaqlaşdırıldı. Bakıdakı və İrəvandakı qurultaylarda müvafiq olaraq Siyasi Büro üzvləri və Mərkəzi Komitənin katibləri Yeqor Liqaçovla Aleksandr Yakovlev iştirak etdi.

Kremlin "partiya generalları" kommunistlər qarşısında çıxışlarında - biri Ermənistanda, digəri Azərbaycanda - yerli vətənpərvərlərə dəstək verdiklərini, həqiqətin onların tərəfində olduğunu dedilər. Liqaçov Bakıda açıq şəkildə Kremlin respublikalar arasındakı sərhədlərdə heç bir dəyişiklik istəmədiyini və Dağlıq Qarabağın həmişəlik Azərbaycanın tərkibində qalacağını elan etdi. Rusiya mediası bu məsələ haqda yazır ki, Liqaçovun bu sözləri Qorbaçovun düşündüyü siyasi gedişatı pozdu.
1988-ci ilin sonlarından Ermənistandakı azərbaycanlıların kütləvi deportasiyası başladı.

1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verdi. Fərmana əsasən, Dağlıq Qarabağ Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla, Moskvaya tabe olan xüsusi idarə forması yaradıldı. Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi Komitə vilayətin Azərbaycanın yurisdiksiyasından çıxarılması üçün bütün vasitələrdən istifadə etdi. Bu şəxs DQMV-nin tam “iqtisadi müstəqilliyini” reallaşdırmaq üçün vilayət ərazisindəki bütün müəssisələrin artıq Azərbaycanda deyil, Ermənistanda yerləşən müəssisələrlə iqtisadi əlaqələr qurmasını təmin edən sərəncamlar verdi və bunu qısa müddət ərzində həyata keçirdi.

Azərbaycan və Qarabağın taleyində mənfi rol oynamış Arkadi Volskinin xatirələrində Qorbaçovun Liqaçovun Bakıda dediyi sözlərə diqqət çəkib: “Qorbaçov "Stepanakertdə mitinq gedir, adamlar "Lenin-partiya-Qorbaçov", "Stalin-Beriya-Liqaçov" şüarlarını səsləndirir. Niyə? Çünki Liqaçov guya Qarabağı azərbaycanlılara vermək istəyir, Yakovlev ermənilərə”.

Yuri Pompeyov 1992-ci ildə nəşr etdiyi “Qarabağ qan içində” sənədli oçerkində Siyasi Büroda Qarabağ məsələsində fikir ayrılığı olduğunu deyib. O, Liqaçovun 1991-ci ildə "La Stampa" qəzetinə verdiyi müsahibədən ilginc sitat da verib.

Sual: - Sizinlə Qorbaçov arasında, xüsusən millətçilik təzahürləri məsələsində fikir ayrılığı var idimi?

Liqaçov: - Bəli, bu bizim aramızdakı ixtilafın ücüncü və bəlkə də ən ciddi bəndi idi. 1988-ci ildə Dağlıq Qarabaqda konflikt başlayanda biz çox tez-tez görüşər və çoxlu mübahisə edərdik. O, əlbəttə, olduqca narahat idi. Lakin həmişə olduğu kimi ekstremist qüvvələrdən danışır və həmişəki kimi qayda-qanunun bərpa olunması üçün zəruri tədbirləri görmək istəmirdi. Nətiçəsi məlumdur: minlərlə həlak olanlar, yüz minlərlə qaçqın, bütün İttifaq üçün təhlükəli gərginlik.

Sual: - Siz hesab edirsinizmi ki, bu Qorbaçovun təqsiri üzündəndir?

Liqaçov: -Mən indi də o vaxt təkrar etdiyimi deyirəm. Yenidənqurma üçün əsl təhlükə konservatizm yox, ölkəni parçalayan separatçı anti-sosialist millətçilikdir. Lakin bir neçə il ərzində bu cəhətə əhəmiyyət verməmək faciə ilə nəticələndi.

Göründüyü kimi, SSRİ adlı ucsuz-bucaqsız bir ölkəinin taleyi son illər məsuliyyətsiz, həm də bir-birləri ilə intriqada olan partiya rəhbərlərinə tapşırılıbmış ki, bunun nəticəsində bir neçə milli münaqişə ocaqları yarandı və SSRİ dağıldı...

Orxan Əliyev (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar