Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lionel Messi Çempionlar Liqasında rekorda imza atdı

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni uğura imza atıb.

"Report" yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.

Təcrübəli forvard G qrupunun II turunda İtaliyada "Yuventus"unu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Messi 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Argentinalı oyunçu 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 33-cü ötürməsidir. Messi bu göstəriciyə görə "Yuventus"da çıxış edən Kriştianu Ronaldudan (38 məhsuldar ötürmə) geri qalır.

Qeyd edək ki, Çempionlar Liqası tarixində heç bir oyunçu qrup mərhələsində 70 qol vurmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar