Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Liderləri təşvişə salan sənədlər: Epşteynin sirləri dünyaya yön verəcək

Epşteynin gizli sənədləri hegemonların canına qorxu salıb. İngiltərə, İsrail, Fransa, Almaniya, Rusiya və ABŞ kimi böyük dövlətlər də bu sənədləri axtarırlar. Axı o qeydləri ələ keçirən ölkə dünyanın yeni lideri ola bilər

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 16 avqust 2019-cu il

Qaldığımız yerdən davam edək. Təzyiq yüksəlir və biz tarixin ən dolanbaclı yoluna qədəm qoyuruq. Bu yolda Rotşild ailəsi, Pentaqon, Amerika prezidentləri, nazirləri, bir çox amerikalı general və iş adamları qəzaya düşəcəklər.

Xəbər verdiyimiz kimi, Cefri Epşteyn öldürüldü, bəs indi onun bildikləri kimin əlinə keçib? Çox güman ki, Gisleyn Maksvel bu önəmli sənədləri ələ keçirib, daha sonra isə Rotşild ailəsinin özəl təyyarəsi ilə Nyu-Cersidəki “Newark Liberty” beynəlxalq hava limanından Parisə gedib. Sözsüz ki, Gisleyn Maksvel Rotşild ailəsinə bu sənədləri çoxdan təqdim edib. Buna şübhə yoxdur.

2014-cü ildə Gisleyn Maksvel və Cefri Epşteyn ÇFR-in Nyu-Yorkdakı toplantısında iştirak etmişdi. Epşteyn Devid Rokfeller, Devid Petreyes, Cim Metis, Con Bolton, Kolin Paol və Bil Klintona xitab edib və Cim Metislə Con Boltonu təhdid edib. Onun bu çıxışını tarixi bir nitq saymaq olar. Çünki bu çıxış ABŞ-dakı davanın, toqquşmanın artıq gizli qalmayacağını ortaya qoymuşdu.

Cefri Epşteyn Cim Metis və Con Boltona işarə etdi ki, əlində Pentaqonda çalışan çox önəmli müşavirlərin və generalların gizli sənədləri var. Metis buna inanmadı, amma Bolton inandı. Buna görə də, Metis vəzifəsindən uzaqlaşdırıldı, amma Bolton bütün axmaqlıqlarına rəğmən hələ də vəzifəsini icra edir.

İndi Rotşild ailəsi Gisleyn Maksvelin gətirdiyi sənədlərin başqa bir surətinin olmadığını Gisleynə sübut edə bilsə, o zaman Pentaqon rəsmən çarəsiz vəziyyətə düşəcək. Gisleyn Maksvel 2014-cü ildə Epşteynin əlindəki bu xəzinənin bir neçə trilyon dollar qiyməti olduğunu bildirmişdi. Bu sənədləri MOSSAD da istəyirdi, lakin əldə edə bilmədi.

İndi isə Pentaqonun hədəfində Epşteyn tutulduqdan sonra istefa verən ABŞ Əmək naziri Aleksandr Akosta var. Akosta 2008-ci ildə Miami baş prokuroru olan vaxtı Cefri Epşteyni həbsdən çıxarmaq üçün sövdələşmə edərkən ifşa olmuş və buna görə də, istefa vermişdi. Sözsüz ki, sənədlər Akostanın da əlindədir.

Amerika dərin siyasətini bilənlər artıq başa düşürlər ki, bu toqquşmalar sülh yolu ilə həll olmayacaq. Çünki tərəflər müharibəyə başlayıb. Müharibədə isə danışıqlar aparılmır. Pentaqon başa düşür ki, önəmli tərəfdaşlarının balaca qızlarla olan cinsi əlaqələri ifşa edildiyi üçün artıq heç bir qərar ala bilməyəcək.

ABŞ Dərin Dövləti ilə üz-üzə gələn qüvvə hazırda Prezident Trampı qabağa verib. Tramp bu qüvvənin adamı olsa da, Pentaqonun məhv edilməsinə qarşı çıxır. Çünki Tramp Pentaqonun idarə edilməsini istəyir. Buna görə də, bütün addımlar Pentaqona nəzarət etmək üçün atılır.

İllər əvvəl Donald Tramp və Cefri Epşteyn 

Dərin Amerikanın bilmək istədiyi məsələlərdən biri də Gisleyn Maksvelin Epşteyni xəstəxanaya yerləşdirmək üçün hansı Pentaqon köstəbəkləri ilə görüşdüyüdür. Çünki Gisleyn Epşteynin xəstəxanaya yerləşdirilməsi üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlasa da, bir nəticə ala bilməmişdi. Epşteyn Pentaqonun icazəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Həmin şəxslər isə balaca qızlarla münasibətləri olduğu üçün təşvişə düşərək icazə vermişdilər.

Epşteyn ya həbsdən çıxacaqdı, ya da öldürüləcəkdi. İkinci ehtimal baş tutdu. O, dünyanın ən qiymətli adamı idi, yaşaması bir çox şəxs üçün böyük risk idi və buna görə öldürüldü. Lakin onun öldürülməsi hər kəsi rahatlaşdırmadı.

İndi isə böyük oyunçu Parisdir. Çünki Rotşild ailəsi hər nə qədər Fransada təsirli olsa da, Dərin Dövlət ilə razılıq əldə etməlidir. Çünki Gisleyn Maksvel Parisdə Fransa Kəşfiyyat Xidməti DGSE-nin (Xarici Təhlükəsizlik üzrə Baş Direktorluq) qoruduğu bir villada yaşayır. O villanın sahibi, şübhəsiz ki, Rotşild ailəsidir, lakin qoruyan DSGE-dir.

Epşteyndə olan 9000 sənədi alan Gisleyn özünü qorumaq üçün bunların surətini də çıxarmış ola bilər. Yəni hal-hazırda dünyaya yön verən qüvvələr bir-birlərinə güvənmirlər. Bu sənədlər çoxalsa, dünyanın nizamı tamamilə pozular. Çünki o andan etibarən bu sənədlər sosial medianın əlinə düşər.

Unutmaq olmaz ki, Fransa ailə ilə çox önəmli sövdələşmələr əldə edəcək. Nəzərə alaq ki, hər nə qədər geridə dayanmış kimi görünsə də, İngiltərə də Gisleyn Maksvelin əlindəki sənədləri etmiş ola bilər. Çünki önəmli bir ingilis vətəndaşı olan Gisleyn Maksvelin Londonla olan yaxınlığı hər kəsə məlumdur.

İngiltərə, İsrail, Fransa, Almaniya, Rusiya və əlbəttə ki, ABŞ kəşfiyyat dəstələri hal-hazırda Gisleyn Maksvelin əlindəki sənədləri axtarırlar. Çox maraqlı sui-qəsdlərə şahid olacağıq. Sadaladığımız bütün bu oyunçular dünyaya hökm edirlər. Hansı ki, onlar Türkiyə üzərində də çox böyük təsiri olan qüvvələrdir. Rusiya, Səudiyyə Ərəbistanı və Çində də vəziyyət fərqli deyil. Axı o qeydləri ələ keçirən ölkə dünyanın yeni lideri olacaq. Paylaşanlar isə böyük ortaqlar olacaqlar.

Epşteynin içində olduğu bu şəbəkə dünyanın əsas hərəkətverici qüvvəsidir. Onu məğlub etmək çox çox çətindir. Görək kim kimin axırına çıxacaq. Epşteyn çox önəmli adam idi. Onu kim öldürdüsə, məlumatların ələ keçirildiyini artıq bilir. Sənədləri itirən də, ələ keçirən də əlindən gələni edəcək.

Epşteyn öldürüldüsə, artıq hər kəs ölə bilər. Bütün bunlar xaricdə qızğın şəkildə müzakirə olunur, amma burada hamı üstündən keçir. Müxtəlif cərəyanlar arasında toqquşmalar var və bu, bütün dünyaya yayılacaq. Sadəcə olaraq bu hadisə hələ “sənəd”ləşməyib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...