Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

lham Əliyev Pakistan rəsmiləri ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Senatının müdafiə komitəsinin sədri Müsahid Hüseyn Seyidin başçılıq etdiyi, Pakistan Senatının üzvlərindən ibarət olan nümayəndə heyətini qəbul edib


 Müsahid Hüseyn Seyid Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəsinə ilk səfərini ehtiramla xatırlayan Pakistan Senatının Müdafiə Komitəsinin sədri Ulu Öndərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı istiqamətində gördüyü işləri xüsusi vurğuladı. Müsahid Hüseyn Seyid Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini qeyd edərək seçkilərin nəticələrinin Azərbaycan xalqı və ümumilikdə region üçün uğurlu olacağına əminliyini ifadə etdi.

Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinə toxunan Müsahid Hüseyn Seyid Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Pakistanda baş vermiş təbii fəlakətlər zamanı göstərdiyi yardımlara görə minnətdarlığını bildirdi. Azərbaycan ilə dostluq münasibətlərindən qürur duyduqlarını vurğulayan Pakistan Senatının Müdafiə Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini tam dəstəklədiyini dedi.

Prezident İlham Əliyev Pakistanın bütün siyasi partiyalarının Azərbaycana münasibətdə güclü birlik nümayiş etdirməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı dost və qardaş Pakistanın Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olduğunu vurğulayaraq hər iki ölkə arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu dedi. Yüksək səviyyəli qarşılıqlı münasibətlərin əhəmiyyətinə toxunan dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərini xatırlayaraq bu səfərin ikitərfəli əlaqələrimizin daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı.

Prezident İlham Əliyev qardaş Pakistan dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə verdiyi güclü dəstəyi ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında daim qarşılıqlı dəstəyin olmasının və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etməsinin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan İslam Respublikasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar