Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqları ziyarət etdi - Fotolar

Dekabrın 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqları ziyarət edib, onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb...

"Yeni Sabah" xəbər verir ki, görüş zamanı “Cırtdan. Novruz macərası” adlı ailəvi meqaşoudan əldə edilən vəsaitlə Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə uşaqların müalicəsi üçün lazım olan dərman preparatları, eyni zamanda, burada müalicə alan uşaqların əylənməsi üçün xüsusi kompüter oyunları, müxtəlif oyuncaqlar və hədiyyələr təqdim edilib.

Əyləncəli tədbir uşaqların böyük sevinci ilə qarşılanıb və onların əhval-ruhiyyəsinə müsbət təsir edib.

“Cırtdan nağıllar aləmində” adlı ailəvi meqaşou ilk dəfə 2018-ci ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Konqres Mərkəzində təşkil edilib. Bu təşəbbüs gələcəyimiz olan uşaqların milli ruhda böyüməsi, eyni zamanda, onların bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə almasına mühüm töhfələr verir. Həmçinin xeyriyyə xarakteri daşıyan layihədən əldə edilən gəlir xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir. Qeyd edək ki, cari ilin fevral ayında şoudan əldə olunan 397 min manat məbləğində gəlir uşaqların müalicəsi məqsədilə Talassemiya Mərkəzinə təqdim edilib.

pia.az

Fotolar




Etiket: Leyla Əliyeva

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar