Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib

Avqustun 17-də görkəmli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günüdür

Bu münasibətlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, sənətkarın həyat yoldaşı, SSRİ-nin xalq artisti Tamara Sinyavskaya, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artisti Eldar Quliyev, tanınmış incəsənət, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda M. Maqomayevin qəbrini ziyarət ediblər.

Leyla Əliyeva onun çox böyük, işıqlı və səxavətli insan olduğunu diqqətə çatdırıb: “Mən inanıram ki, Müslüm Maqomayev ölməyib, bu gün də bizimlədir”.

F. Əlizadə qeyd edib ki, Müslüm Maqomayevi yad edənlər hər il onun məzarını ziyarətə gəlirlər: “Allah Müslüm Maqomayevə bütün gözəl cəhətləri bəxş etmişdi. Onun bariton səsi ən çətin operaları ifa etməyə imkan verirdi. Müslüm Maqomayev həm rəssam, həm də bəstəkar idi. O, həm də Mario Lansa haqqında kitabın müəllifidir. Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin ən parlaq simasıdır”.

Musiqiçinin həyat yoldaşı Tamara Sinyavskaya gələnlərə təşəkkürünü çatdırıb: “Artıq 11 ildir ki, onu sevənlər qəbrini ziyarətə gəlirlər. Onun xatirəsini andığınız üçün hər birinizə bir daha təşəkkür edirəm”.

E. Quliyev Müslüm Maqomayevin işıqlı insan olduğunu deyib: “Onu bir sözlə ifa etmək, sözlərlə təsvir etmək çox çətindir. Biz onunla eyni dövrdə yaşadığımız üçün xoşbəxt olmalıyıq. Onun yaradıcılığı istər musiqiçi, istər bəstəkar kimi çox böyükdür. Biz hər il M. Maqomayevin doğum günündə buranı ziyarət etməklə təkcə onu deyil, özümüzü də yaşadırıq”.

Sonra bəstəkarın məzarı üzərinə əklil qoyulub, çiçəklər düzülüb. (APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar