Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva: “Mən elə sizəm”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Mən elə sizəm” adlı şeirini "İnstaqram” səhifəsində izləyiciləri ilə paylaşıb

PİA.az Kult.az-a istinadən sözügedən şeiri təqdim edir:

Mənə ağlayan gözləriniz olaydı,
Məni sevən ürəyiniz,
Mən elə sizəm, siz.

Bir az da yaxşı baxsanız,
görərsiniz məni üzünüzdə,
gözünüzdə.
Bir az da yaxşı sevsəniz
Dönərsiniz mənə özünüz də.
Mən elə sizəm, siz.

Başqa ürəyimlə, başqa qayğımla,
Başqa nəfəsimlə, başqa ağlımla
Mən elə sizəm.

Ağacların arasında durmuşdum
Siz yanımdan keçəndə.
Bəlkə ağaca oxşatdınız məni,
bəlkə elə siz özünüz
ağacsınız-
yeriyən ağac?

Bəlkə elə biz hamımız
torpaqdan dikələn ağaclarıq,
əl edirik yarpaq-yarpaq.
Bəlkə elə siz də, mən də
Heç bu ağac deyilik-
bir parça göyük,
bir ovuc torpaq.

Mənə ağlayan gözləriniz olaydı,
Məni sevən ürəyiniz-
Mən elə sizəm, siz.

Tərcümə: Kamal Abdullayev

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar