Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva IUCN və WWF International təşkilatlarının rəhbərləri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli görüşlər keçirib.

IDEA İctimai Birliyindən verilən məlumata görə, IUCN-nin baş direktoru ilə görüş zamanı Cənubi Qafqaz regionunun özünəməxsus bioloji müxtəliflik nümunələrinin qorunub saxlanması ilə bağlı mövcud vəziyyət müzakirə edilib, təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Leyla Əliyeva IDEA İctimai Birliyinin dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ilk və ən böyük beynəlxalq təşkilat olan IUCN-nin üzvü olmasından məmnunluğunu ifadə edib və qurumun rəhbərini Azərbaycana səfər edərək ölkəmizin zəngin təbiəti və bioloji müxtəlifliyi ilə yaxından tanış olmağa dəvət edib.

Daha sonra dünyanın 100-dən çox ölkəsində minlərlə təbiəti mühafizə layihələri həyata keçirən WWF-in baş direktoru ilə görüş keçirilib, sözügedən təşkilatla IDEA İctimai Birliyi arasındakı mövcud əməkdaşlıq müzakirə edilib.

Söhbət zamanı tərəflər Azərbaycanda nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi və bərpasına yönəlmiş birgə səylərdən məmnunluq ifadə edərək, əməkdaşlığın getdikcə daha da sıx olacağına əminliyini bildiriblər. Bu xüsusda, nəsli kəsilməkdə olan ceyran və bəbirlərin qorunması, eləcə də zubrların Azərbaycana reintroduksiya edilməsinə yönəlmış birgə layihələrin uğurla həyata keçirildiyi qeyd olunub, digər nadir heyvan növlərinin çoxaldılması və təbii areallarına qaytarılması üzrə təşəbbüslərin başlanılmasına dair razılığa gəlinib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar