Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə – Foto

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub...

AZƏRTAC xəbər verir ki, konserti izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Gecədə Azərbaycanın Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov AzərbaycanAvropa bəstəkarlarının əsərlərini ifa edib.

Tanınmış bəstəkarlar Klod Debüssinin “Ay işığı”, Robert Şuman və Ferens Listin “İthaf”, Moris Ravelin “Sonatina”, Fredirik Şopenin “Noktürn”, “Polonez”, “Vals”, Vasif Adıgözəlovun “Prelüdiya”, Adil Bəbirovun “Prelüdiya-Skterso” əsərlərinin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xalq artisti Murad Hüseynov Bela Bartokun fortepiano və skripka üçün "Rumın rəqsləri" əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib.

Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb.

pia.az

Fotolar




Etiket: Leyla Əliyeva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar